1. Siqareti atın
Övlad sahibi olmağı planyana bir qadının diqqət etməli olduğu ilk addım siqareti tərgizməkdir. Aparılan araşdırmalarda bir çox tütün istifadə edən qadının hamilə qalmağı çətin olur. Hamiləlik dövründə siqaret çəkmək; erkən doğuş, ciftdə problemlərə, ölü doğuş kimi dəhşətli hallara səbəb olur.
2. Alkoqol qəbul etməyin
Hamiləlikdən əvvəl və hamiləlikdə alkoqol qəbul edilməməlidir. Alkoqol ölü doğuş riskini artırır. Həmçinin, körpədə üz deformasiyasına və zəka geriliyinə səbəb olur.
3. İdeal çəkidə olarkən hamilə qalın
Hamilə qalmadan əvvəl ideal çəkinizə çatmalısınız. Artıq çəkili və ya çox arıq olaraq hamilə qalmaq, hamiləlikdə yüksək təzyiq, diabet, yorğunluq kimi bir çox problemə yol açır.
4. Qidalanmağa diqqət edin
Hamiləlikdən əvvəl sağlam və rejimlə qidalanmaq çox vacibdir. Sağlam qidalanmaq eyni zamanda rejimlə qidalanmaq deməkdir. Günlük olaraq 3 əsas yemək və xəfif ara yeməklərlə qidalanmağa çalışmalısınız. Çay və qəhvə qəbulunu azaldıb, onların yerinə süd və meyvə suları içməlisiniz. Vitamin və mineral həblərindən uzaq olun. Vitamini qidalardan almağa çalışın.
5. Həkimə gedin
Sağlam hamiləlik üçün hamilə qalmadan əvvəl müayinə olunmaq lazımdır. Xüsusilə, 30 və 40 yaşdan sonra həkim müayinəsi vacibdir. Genekoloji müayinə edilməlidir. Ananın hər hansı xəstəliyi olub olmadığı müəyyənləşdirilməlidir.