Toksikoz zamanı qadının orqanizmində dəyişikliklər baş verir. Halsızlıq, ürək bulanma, çətinlik yaradır. Erkən hamiləlik zamanı qidalanmağa xüsusi diqqət etmək konservant şirələr, qazlı sular, kolbasa məmulatlarından çəkinmək lazımdı. Un məmulatları menyudan tamamilə çıxarılmalıdır. Bu onunla bağlıdır ki, hamiləlik zamanı karbohidratların mənimsənməsi prosesi dəyişir, sürətlə həzm etmə başlayır və qanda qlükozanın səviyyəsi sıçrayışla nəticələnir. Qanda insulinin səviyyəsi artır, bu da şəkər xəstəliyinə gətirib çıxarır. Tamamilə karbohidratları rasiondan çıxarmaq düzgün olmaz. Sağlamlığımıza zərər verməyəcək karbohidratlardan istifadə etmək lazımdı. Hamilə xanımlar hər gün sıyıqdan istifadə etməlidirlər. Yulaf yarması, bulqur, arpa yarması, qarabaşaq yarması lazımlı vitaminlərlə orqanizminizi təmin edəcək.
150 qram yulaf sıyığı, 250 ml su, 250 ml süd zövqə görə duz, şəkər
Hazırlanması:
Yulaf yarması yuyulur, üzərinə duz, su əlavə edib ocağın üzərinə qoyuruq. Dayanmadan qarışdırıb qaynamasını gözləyirik. Orta odda 20 - 25 dəqiqə bişirilir. Sonra südü əlavə edirik. Süd qaynamaya başladıqda ocağın altını minimuma endirib, qazanın ağzını bağlayıb 30 - dəqiqə sıyığı bişiririk. Zövqə görə şəkər əlavə edirik. Sıyığı təzə tər giləmeyvələrlə süfrəyə veririk. Hamilə xanımlara sıyıqları gündə iki dəfə yemək tövsiyə olunur. Yarmadan salatlar, şorbalar və.s. hazırlamaq olar.
Hamilə xanımlara şirniyyat əvəzinə hər gün bal yemək olar, amma az (2-3 çay qaşığı), bir ovuc quru meyvə və bir neçə təzə meyvə ( gündə iki dəfə) yemək məsləhət görülür. Unutmayın! Meyvələr sadə karbohidrat sayılır. Onlar qanda qlükozanın səviyyəsini sürətlə artırır, lakin bəzən kəskin azalma da müşahidə olunur. Bundan başqa, fruktoza (meyvə tərkibində karbohidrat ) yağlara asanlıqla çevrilməyə qadirdir, buna görə də, istifadə də çoxlu meyvə qəbulu həm anada həm körpədə artıq çəkini artıra bilər.
İçkilərə gəlincə, hamilə xanımlar çay, qəhvəni unutsalar yaxşıdı. Qəhvə əvəzinə kasnı (çobanyastığı kimilər fəsiləsinə aid bitki) içmək olar onun tərkibində kafein yoxdur. Kasnının tərkibində kalsium, maqnezium, fosfor, dəmir, A1, B1, B2, C, E vitaminləri vardır. Qara, yaşıl çay əvəzinə isə moruq yarpağı, nanə, bədrənc və.s otları dəmləyib içmək hamilə xanımlara xeyirlidir. Bu içkilərə zəncəfilin kökünü, bal və limon əlavə etmək olar.