Qadin.NET / Hamilə qadınlar necə idman etməli?

Hamilə qadınlar necə idman etməli?

Hamilə qadınlar necə idman etməli?

Həkim məsləhəti ilə hamilə qadınlar özlərinə uyğun idman hərəkətləri edə bilərlər. Həkim icazə verdikdən sonra həftədə 3-5 dəfə, 20-30 dəqiqə olmaq şərti ilə idmanla məşğul ola bilərlər. Təbii ki, etdikləri idman hərəkətlərli riskli və təhlükəli olmamalıdır.

Seçilən hərəkətlərin hamiləliyin dövrlərinə görə dəyişilməlidir. Hamiləyin ilk üç ayında kiçik yürüşlər və onurğanı gücləndirən bəzi hərəkətlər edilə bilər. Hamiləliyin 3-6 ayı ərzində kürək üstünə uzanaraq ediləcək hərəkətlərdən uzaq durmaq lazımdır. Yoqa bu dövrdə idman növü olaraq istifadə edilə bilər. Hamiləliyin 6-9 aylığında ancaq oturaq edilən idman hərəkətləri daha xeyirlidir. Digər idman hərkətlərindən uzaq durmaq lazımdır.

Hamilə qadınlar necə idman etməli?

 

Hamiləlik zamanı onurğa və əzələ sistemində dəyişiklər olduğu üçün anada bel və kürək ağrıları yarana bilər. Erkən doğum riski olanlar, vagina qanaması olanlar və digər problemləri olan hamilə qadınlar həkim razılığı olmadan heç bir idman hərəkəti etməsinlər. 

Doğuşdan sonra ana yüngül xarekterli hərəkətlər və yoqadan istifadə edə bilərlər. Gəzintilərə xüsusi yer verilməlidir. Uşağa süd verən anaların idman hərəkətlərinin şiddəti az olmalıdır. Bədənin temperaturunu artıran idmanlardan uzaq durmalıdırlar.

 

 

 

21 mart 2018
GO BACK