Qadin.NET / Hamiləliyi rahat keçirmək üçün

Hamiləliyi rahat keçirmək üçün

Kifayət qədər yuxunuzu aldığınızdan və dincəldiyinizdən əmin olun

 

Hamiləliyi rahat keçirmək üçün

 

Hamiləliyin ilk cə son 3 ayı ən çox yorğun hiss etdiyiniz anlar ola bilər. Bu dövrlərdə hamilə qadınların iş görmək üçün özlərini əziyyətə salmaları uşaq üçün yaxşı olmaya bilər. Buna görə tez-tez dincəlmək böyük məna kəsb edir. İş aralarında ayaqqabınızı çıxarıb uzatmağınız və gün içində kiçik yuxu fasilələri verməyiniz özünüzü yaxşı hiss etməyinizə səbəb olacaq.

Geyimlərinizdə dəyişiklik edin

 

Hamiləliyi rahat keçirmək üçün

 

Hamiləliyin 3 ayından sonra vücududda dəyişiklər yaranmğa başlayır. Bu dövrlərdə hər zaman geyindiyiniz geyimlərinizi geymək mümkün olmayacaq. Buna görə hamiləlik dövrü üçün rahat geyimlər seçin. 

Qidalanmağınıza diqqə edin

 

Hamiləliyi rahat keçirmək üçün

 

Çox vaxt hamilə qadınlara " artıq iki canlısan, iki nəfərlik yeməlisən." deyirlər. Uşağınıza faydası olmayan, hətta zərərli olan qidalardan uzaq dayanmalısınız. Qidalanmağınıza xüsusi diqqət etməlisiniz. Sağlam qidalar qəbul etməlisiniz. Siqaret və spirtli içki kimi pis vərdişlərdən uzaq dayanmalısınız. 

Əyilib qalxarkən diqqətli olun

 

Hamiləliyi rahat keçirmək üçün

 

Hamilə qadınlar hərəkət  edərkən diqqətli olmalıdırlar. Gün içində hərəkət edərkən, gəzəndə, oturanda, yatanda, qalxanda, yerdən nəsə götürəndə diqqətli olmalıdırlar. Ağır əşyaları qaldırmamağa, ani hərəkətlər etməməyə çalışın.

28 may 2018
GO BACK