Qadin.NET / Hamiləlikdə hansı idmanlar edilə bilər?

Hamiləlikdə hansı idmanlar edilə bilər?

Ana namizədləri həm hamiləlik dönəmini, həm də doğuşu asanlaşdırmaq üçün bəzi idman hərəkətləri edə bilərlər. Idman ustası Ayfer Sağlam, ana namizədləri üçün ən münasib idmanları sıralayıb.  Bəs hamiləlik vaxtı hansı idman hərəkətləri edilə bilər?

Ən asan və ən etibarlı idman- gəzinti

 

Hamiləlikdə hansı idmanlar edilə bilər?

 

Ən sadə və demək olar ki, hər kəsin gündəlik ehtiyac gördüyü və asnlıqla edə biləcəyi, etibarlı bir idman üsuludur gəzinti. Artıq hamiləliyinizin sonrakı aylarında tarazlıq mərkəzinin önə gəlməsi, və artan çəki səbəbiylə fasilələr verilərək gəzişmək müvazinəti nizamlamaq üçün xüsusi əhəmiyyətlidir. Bədən istiliyinin xüsusilə yaz-yay aylarında da çoxca artması ana namizədini və körpəsi narahat edə bilər. Buna görə düzgün paltar seçilməsi və hava şəraitinin nəzərə aləri əhəmiyyətlidir. Üstəlik gəzintini həyatınızın bir parçası edə bilsəniz. Yəni doğumdan sonra artıq çəkinizdən xilas olmaq üçün körpənizlə birlikdə də davam edə bilərsiniz.

 

Hamiləlikdə hansı idmanlar edilə bilər?

 

 

Ana namizədlərinin edə biləcəyi digər məşqlər

Bəzi ana namizədləri illərdir ki etdiyi gəzintini belə körpəni risk altına salmamaq üçün hamiləliyini yataraq keçirmək məcburiyyətində qalır. Məhz belə zamanlarda həkiminizin icazəsini alaraq bu məşqləri edə bilərsiniz;

* Nəfəs məşqi

* Streching (açma gərmə fəaliyyəti)

* Stul məşqləri (kürsüdə oturaraq nəbzi və beli çox ağırlığa salmadan edilən məşqlər)

* Rezin band məşqləri

* Yatar vəziyyətdə məşq (yataraq və passiv olaraq əzələlərinizin uyğun şəkildə işlədilməsi)

Həkimlərin ilk təklifi-üzmək

 

Hamiləlikdə hansı idmanlar edilə bilər?

Ümumiyyətlə, həkimlər tərəfindən də ilk təklif edilən idman növü üzməkdir. Yay aylarında hovuz yerinə dənizi seçim edilə bilərsiniz. Su şəraitinin qaldırma qüvvəsi sayəsində ana namizədi çətinlik çəkmədən əzələlərini işlədə bilər, təbii ki bir mütəxəssis nəzarəti altında olmalıdır. Su altına baş vurmağa çalışmaq, nəfəs tutmaq kimi məcburi vəziyyətlərdən uzaq durulmalıdır. Ana namizədinin çəkisinə uyğun nəfəs alması da etibarlı şəkildə təmin edilməlidir. Ana ilk növbədə özünün və körpəsini ən kiçik riskə salacaq hərəkətlərdən uzaq  qaçmalıdır.

Hamiləlikdə idman edərkən diqqət edilməsi lazım olanlar

Həkiminiz sizin sağlamlığınızı və körpənin inkişafını yaxından təqib edən və bilən adam olaraq idman etməyinizə razılıq verməlidir.

Seçdiyiniz idman növünə görə maye qəbulu 1-4 stəkan arsında artırıla bilər. Etdiyiniz idmanın intensivliyi, tər itkisi, sidik tezliyi, hava şəraiti göz önünə alınaraq nizamlanmalıdır. Üstünlük maye olaraq əvvəlcə su, ayran kimi içkilərə verilməlidir.

Daha əvvəl idman təcrübəsi olmayan biri hamiləliyə görə idmana başlayırsa müntəzəm olaraq nəfəs almaq formasına, və fasilələrə nəzarət edərək idman etməlidir. 

15 may 2016
GO BACK