Qadin.NET / Hamiləlikdə ayaq qıc olmaları

Hamiləlikdə ayaq qıc olmaları

Analıq hissini dadmaq, bir övlada sahib olmaq, yaradanın qadınlara lütfüdür. Lakin bir uşaq sahibi olmaq heç də asan deyil. Hamiləlikdə ayaq qıc olmalarının əmələ gəlməsinin qarşısnı necə almaq olar? 

Ani hərəkətlər etməkdən qaçının. Xüsusilə hamiləliyin son 2 ayında yavaş və təmkinli hərəkət etməyə diqqət edin. Məsələn, səhərlər yataqdan birdən qalxmayın. Rahat və geniş geyimlər geyinin. Dar geyimlər bədəninizdə narahatçılıq edərək uyuşmağa yol aça bilər. Bol və sizi rahat hiss etdirəcək paltarlar, ətəklər sizin üçün ideal geyimlərdir.

Hamiləlikdə ayaq qıc olmaları

Birdən birə çox yeməyin. Gün ərzində üç ana, üç ara pay yemək yeyin. Az-az və tez-tez  yeyin. Ağır fiziki işlərdən uzaq durun. Çox-çox məşq etmək, həddindən artıq hərəkətlilik rəhmdə sıxılmalara səbəb olub ayaq qıc olmalarna gətirib çıxara bilər. Ginekoloqunuzla məsləhətləşib edə biləcəyiniz uyğun idman hərəkətləri edin. Mümkün qədər ayaqlarınızı yuxarıda saxlayın.

Hamiləlikdə ayaq qıc olmaları

Ayaqlarınızda qanın yaxşı bir şəkildə dövranını bu şəkildə təmin edə bilərsiniz. Sağlam bir qan dövranı sistemi sizi uyuşmalardan qoruyacaq. Lazım olan miqdarda maye qəbul edin. Ayaq qıc olmalarınn bir səbəbi də bədənin susuz qalmasıdır. Meyvə suları, həkimin məsləhəti ilə bitki çayları, maye qidalar sizlər üçün ideal içkilərdəndir. Sağlam və balanslı qidalanın. Gündəlik pəhriziniz kalsium, maqnezium, kalium cəhətdən zəngin qidalardan ibarət olmalıdır. Bu vitaminlər sinir və əzələlərin rahat bir şəkildə işini təmin edən təməl qida elementləridir. Kalium əskikliyi ayaq qıc olmasının səbəblərindən biridir.

Hamiləlikdə ayaq qıc olmaları

Kalsium baxımından zəngin olan qidalar; süd, ət, pendir və qatıq kimi digər süd məhsulları.

Maqnezium baxımından zəngin qidalar brokoli və ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, paxla və balıq da maqnezium baxımından yaxşı bir qaynaqdır. Kalium baxımından zəngin olan qidalar banan, somon, avokado, ağ göbələk. Bol lif ehtiva edən yeməklər süfrənizdən əskik olmasın. Lifli qidalar həzmi nizamlayır və qəbizliyin qarşısını alır. Lif ehtiyatı yüksək qidalardan bəziləri bunlardır: Qəhvəyi düyü, makaron və ya qaynadılmış brokoli kimi tərəvəzlər, bişmiş şirin qarğıdalı, çiy yerkökü, brüksel kələmi, bişmiş ənginar, armud, alma, portağal, çiyələk və üzüm kimi meyvələr. Ayaq qıc olmalarını necə keçər?

Bir yerə oturun və bir az dincəlin. İstirahət etdiyinizdə əzələlər boşalacaq və bir müddət sonra  ayaqda qıc olmanın şiddətini azaldacaq və ya tamamilə kəsiləcək. Əgər ayağınızda qıc olmalar uzun müddət keçmirsə, dərhal həkiminizlə əlaqə saxlayın.

16 may 2016
GO BACK