Aparılan bızi araşdırmalarda hamiləlik üçün ən ideal yaşın 20 yaş ilə 30 yaş arası olduğu bilinmişdir. Əgər iki və daha çox övlad sahibi olmaq istyirisinizsə hər doğum arası il fərqi olmalıdı. Bu həm özünüzün, həm də dünyaya göz açan körpənizin sağlamlıqı üçün vacibdir. 35 yaşına çatmış xanımlarda çox vaxt problemli hamiləlik gözlənilir. Bunun üçün idmana və yediyi qidalara diqqət etsə bu kimi problemlərin qarşısı alınar. 18 yaşından tez hamiləlikdə isə ölü doğma və yaxud da uşaq düşmə, daha kilolu uşaqların dünyaya gəlməsi kimi hallarla qarşılaşmaq mümkündür.
Doğum hər xanımda müxtəlif aylarda, illərdə genetik olaraq anadan öz qızına keçir. Əyər ana gənc yaşda klimaks olubsa və buna görə doğum şansını itiribsə, qızın da gənc yaşda doğum şansını itirməsi yüksəkdi. 20 yaşından sonra əlaqəyə girib uşaq istiyənlərin 20 %-i buna sahib olduğu halda, 30 yaşlarında 15 %-i, 40 və daha yaşlı qadınlarda bu 5 % təşkil edir.
Hamiləlik şansını artıran məsləhətlər
-Ana və ata olmağa hazırlaşırsınızsa yediyiniz yeməklərə diqqət etməlisiniz. Kofe ,siqaret, alkoqollu içkilərdən uzaq durmalısınız. Çay içəndə şəkəri də azaltmalısınız.
-Stressden uzaq durun. Yuxu rejiminə fikir verin.
-Əyər artıq çəkidən əziyyət çəkirsinizsə tez bir zamanda kilolarınızdan xilas olun. 5-10 kilo itirmək belə hamiləliyi tezləşdirir.
-Alkoqol qəbulu hamiləlik şansını azaldır. Bu ana bətnində olan körpə üçün çox ziyandir. Uşaqda əqli gerilik, hərəkətlərində qəribəlik yaranır.
-Özünüzə uyğun proqram hazırlayın. Edə biləcəyiniz idman hərəkətləri, normal müalicənin alınması və.s kimi proqramlar hazırlayın.
- Siqaretdəki nikotin, yumurtalıqlara təsir edərək genetik anomaliyalara səbəb ola bilər. Siqaret çəkən kişilərin spermalarında daha çox problemlər olur. Kişilər, siqaret çəkməyən yoldaşlarını da passiv siqaret "çəkən" etdikləri üçün, onların sağlamlıqlarının pozulmasına səbəb olarlar. Siqaret çəkən hamilə qadınlar, daha çox erkən doğum etməyə meyilllidirlər.
Körpə ölümü siqaret çəkənlərdə daha tez-tez rast gəlinən bir haldır. Kişilərdə sağlam sperma əmələ gəlməsi üçün, 2,5 ay əvvəl, qadınlarda da ən az 1 ay əvvəl siqaret tərk edilməlidir. (Qadınlarda əgər müəyyən bir "hormonal pozuqluluq" varsa, bu müddət kişilərlə eynidir).
- Hamilə qalmağı asanlaşdırmaq üçün cütlərin özbaşına, həkim məsləhəti olmadan hər hansı bir dərmanı içmələri qadağandır. Hamiləlik üçün istifadə edilən vitaminlər (fol turşusu və multivitaminlər) və ya dəmir (qan) həbləri hamilə qalmağı asanlaşdırmır. Ana olmaq istəyən hər qadının kifayət qədər fol turşusu və digər qida ünsürlərini balanslı alması, hamiləliyi asanlaşdırmaq üçün deyil, körpənin sağlam inkişafı üçündür.