Artıq sərin günləri geridə qoyduq. Yay fəsli gəlişi ilə özü ilə bir neçə problemlər də gətirir. Xüsusilə də yayın isti günləri hamilə xanımlara daha çox təsir edir. Hamiləliyi yaya düşən xanımlarımız həm geyim baxımından, həm də qidalanma baxımından əziyyət çəkirlər. Onlar "hansı paltarı geysəm daha sərin və rahat olar?" və yaxud "nə ilə qidalansam daha yaxşı olar?" bu kimi sualları özlərinə tez-tez verməli olurlar.
Yayın ist günlərində hamilə xanımlar yaxşı olar ki, sintetik parçalardan tikilmiş paltarlardan, tünd rəngli, dar, bədənə yapışan paltarlardan uzaq dursunlar. Yay fəslində şalvar geyinmək də münasib deyi (kətan parçadan tikilmiş geniş şalvarlar istisna olmaqla).
Yaxşı olar ki, isti günlərdə hamilələr daha çox nazik parçadan olan, daha yumşaq, açıq rəngli paltarlara üstünlük versinlər. Məsələn çit, şifon, ipək, kətan, pambıqdan olan parçalar buna nümunədir.
Geniş ətəkli, dizdən azca aşağı, çoxda uzun olamayan donlar, geniş koftalar, geniş kətan şalvarlar hamilələr üçün ən münasib geyim nümunələridir.
Hamilələr üçün ayaqqabı seçimi isə sabitdir. Dabansız, yumşaq ayaqqabılardan istifadə etmələri məsləhətdir.
Bu fəsildə hamilə xanımlar qidalanmalrına xüsusi fikir verməldirlər. Bu fəsildə hamilələrdə tez-tez qarın ağrısı, ürək bulanma, ishal kimi hallara tez-tez rast gəlinir. Bu hallar sözsüz ki , körpəyə də təsir edir.
Belə hallardan qorunmaq üçün günəşin altında çox olmamalı, yağlı yeməklərdən uzaq durmalı, qida rasionunuzda dahaçox süd məhsullarni (süd, qatıq, kəsmik), meyvəni (alma, armud, banan, qarpız və.s),tərəvəzləri (kələm, kök, pomidor, xiyar, çuğundur) artırmalısınız.
Onuda qeyd edim ki, mal əti vitaminlə zəngin olduğuna görə, yaxşı olar ki, rasionunuzdan mal ətini çıxarmayasınız...