Hamiləlik zamanı daha az kökəlmək və doğumun daha asan keçməsi üçün pilatesin faydalı olduğunu bilirdinizmi?
1. Hamiləlik dövründə daha az kökələrsiniz.
2. Doğumunuz daha asan keçər.
3. Hamiləlikdə diabet riskinizi 27/100% azaldar.
4. Daha az kədərlənərsiniz (daha az ağlayarsınız.)
5. Daha az qəbizlik olar.
6. Daha çox enerjiniz olar.
7. Körpəniz daha sağlam dünyaya gəlir.
8. Normal doğumunuzun asan keçməsini təmin edər.
9. Doğumdan sonra da özünüzu yaxşı hiss edərsiniz.
10. Doğumunuz qısa müddətdə reallaşar.
11.Pilates və təlimlər ilə daha rahat bir hamiləlik keçirərsiniz.
12. Ayaqlarınızda daha az şiş olar.
13. Hamiləlikdə pilates ilə məşq etsəniz, uşağınızın gələcəkdəki atletik quruluşunu təyin etmiş olarsınız.
14. Doğumdan sonra yaxşılaşmanız daha sürətli olar.
15. Uşağınızın ürək sağlamlığı üçün faydalıdır.
16. Əgər siqaret çəkirsinizsə, hamilə ikən məşq etməniz bu pis vərdişi tərgitməyə kömək edər.
17. Hamiləlik zamanı daha rahat yatacaqsınız.
18. Digər anaların də hamiləlik zamanı məşq etmələri üçün nümunə olarsınız.
19. Yarımçıq körpə doğum riskini azaldır.
20. Hamiləlik ərzində depressiya riskiniz azalır.
21. Özünüzün, körpənizin və həyatınızın idarəsini gücləndirərsiniz.
22. Daha sağlam, xoşbəxt, hərəkətli və daha enerjili olarsınız.
23. Uşağınızın daha ağıllı olmasını təmin etmiş olarsınız .
24. İmmunitetinizi gücləndirərək hamilə olarkən xəstəliklərin qarşısını alar.
Hamiləlikdən əvvəl pilateslə məşğul olmamısınızsa və indi hamiləlik əsnasında sizə mənfi təsirinin olacağını düşünürsünüzsə, bunun üçün boşuna narahatlıq keçirirsiniz. Sadəcə pilatesə başlamazdan əvvəl həkiminizlə məsləhətləşməlisiniz.
Hamiləliyinizin ilk aylarında həkimə müraciət edin və körpənizin sağlam inkişaf edib etmədiyini öyrənin. Əgər normal inkişaf getmirsə və düşük ehtimalı varsa, bunu əvvəlcədən bilib, tədbirli olmağınız şərtdir. Çünki bəzən analar düşünürlər ki, pilatesə başladığım üçün körpəm düşdü və buna görə özlərini günahkar bilirlər. Unutmayın, əgər körpənizin düşük ehtimalı varsa, o onsuz da düşəcək və ya inkişafdan qalacaq.
Əsasən 3 aydan sonra pilateslə məşğul olmaq daha münasibdir. Əgər siz daha tez başlamaq istəyirsinizsə, əvvəlcə rahat və yüngül hərəkətlər etməlisiniz. Bununla bağlı həkiminizdən məsləhət almağı unutmayın!