1. Otağın havasını təmiz saxlayın
Qış mövsümündə evinizin qapalı qalması ilə təbii qaz, tütün məhsullarına bağlı olaraq yaranan hava çirkliliyi hamilələrin sağlamlığına böyük ölçüdə mənfi təsir edər. Evi hər gün havalandırmaq lazımdır. Təmiz havanın içəri girməsinə, çirkli havanın evdən çıxması üçün şərait yaradın.
2. Qapalı məkanlarda çox olmayın
Qripin artdığı qış aylarında, havalandırması yaxşı olmayan, qapalı məkanlardan uzaq olun. Siqaret çəkilən, açıq və qapalı məkanlarda olmayın.
3. Yaxın təmasdan uzaq olun
Qış aylarında qrip və tənəffüs yolları xəstəlikləri yoluxucu olduğu üçün artır. Hamilələr qucaqlaşmaq və öpüşməkdən mümkün olduğu qədər uzaq olmalıdır. Əlləri bol su ilə yumalı.
4. Hava keçirmə xüsusiyyəti olan geyimlərə üstünlük verin
Soyuq hava səbəbi ilə sintetik, hava keçirməyən və tərlədən geyimlər göbələk kimi infeksiyalara səbəb ola bilər. Hamilə qadınlar qalın geyimlərin yerinə, qat-qat pambıqlı və yumşaq yunlu geyimlərə üstünlük verməlidir.