Ana və körpənin, D vitamini üçün günəşə ehtiyacı var
Günəş və təmiz hava, hamilələr üçün olduqca faydalıdır. Günəş işığının azlığı D vitamini çatışmazlığına səbəb ola bilər. Hamilələr gün işığı ehtiyacını qarşılamaq üçün istinin çox olmadığı səhər və axşam saatlarında yürüşə çıxa bilər. Saat 11:00 - 16:00 aralığında mümkün olduqca gün altında olmayın. Evdən çıxarkən şlyapa taxmağı unutmayın.
Rahat ayaqqabılar
Yay aylarında hamilələr, günəş şüalarını çəkməyən açıq rəngli geyimlərə üstünlük verməlidirlər. Pambıqlı geyimlərlə dərinin nəfəs almasını təmin edə bilərlər. Ayaqqabı seçiminə də diqqət etməlidirlər. Ayaqlarınızın rahat olması üçün böyük ölçülü ayaqqabılara üstünlük verə bilərsiniz.
Maye qəbulu
Yay aylarında bədənin mayeyə ehtiyacı artır. Hamilələr hər gün 2-3 litr su içməlidirlər. Bundan əlavə, şorba, meyvə suyu, ayran kimi qidalara üstünlük verməlidirlər. Bol maye qəbulu yorğunluq və halsızlıq problemlərini aradan qaldırmağa kömək edəcək.
İstinin təsiri ilə xarab olan qidalardan uzaq olun
Ağır yeməklərdən, qızartmalardan və tez xarab olan qidalardan uzaq olun. Mağazadan aldığınız məhsulların istiyə məruz qalmadığından əmin olun. İstidən tez xarab olan qidalar körpə və ana üçün təhlükəlidir.