Qadin.NET / İnkişaf ana qarnında başlayır

İnkişaf ana qarnında başlayır

 

1. Sağlam qidalanmaq şərtdir

Hamilələrin sağlam qidalanması vacib şərtlərdəndir. Hamiləlik zamanı yeyilən qidalar, uşaqların sağlamlığına xüsusilə təsir edir. İçdiyiniz və yediyiniz hər şey uşağın gələcək sağlamlığına böyük təsir göstərir. 

İnkişaf ana qarnında başlayır

2. Stress və qayğıdan uzaq olun

Hamiləlikdə qidalanma və psixologiya, uşağa eyni miqdarda təsir göstərir. Yoldaşınızla yaşadığınız hər problem, başqalarına qarşı hiss etdiklərinizə də diqqət etməlisiniz. Bütün məlumatlar hüceyrədə kodlanır. Kodlanan məlumatlar uşağın gələcək inkişafında öz təsirini göstərir. Uşağın xarakterinin və psixologiyasının formalaşmasında rol oynayır.

İnkişaf ana qarnında başlayır

3. İdman vacibdir

Həmişə olduğu kimi hamiləlik dövründə də idman vacibdir. Qan dövranın fəaliyyətini asanlaşdırır. Lazımsız çəkinin qarşısını alır. Hamiləlik zaman edilən idman həkim məsləhəti ilə edilməlidir. İdman həm fiziki, həm də ruhi sağlamlığa kömək edir. 

İnkişaf ana qarnında başlayır

4. Musiqi

Hamiləlik dövründə musiqi böyük təsirə malikdir. Üçüncü aydan etibarən ana qarnında körpə eşitməyə başlayır. Xaricdən gələn səsləri eşitdiyi üçün ona sakitləşdirən musiqilər dinlədin. Beyin inkişafına böyük təsiri olacaq. Xüsusilə, Mozart, Bethoven kimi bəstəkarların musiqiləri ən ideal seçim hesab olunur. Körpənin streslə inkişaf etməyini istəmirsinizsə, musiqi ilə böyüdün.

İnkişaf ana qarnında başlayır

5. Körpə ilə ünsiyyət qurun.

Ana və atanın hələ doğulmamış körpə ilə ünsiyyət qurması vacibdir. Ailə üzvlərinin müsbət düşüncədə olmaları, ana qarnındakı körpəni rahatladır və xoşbəxt edir. Ana hamiləlik dövründə səsli kitab da oxuya bilər. Bu uşağın intellektual inkişafına zəmin hazırlayacaq. Ona müsbət enerji ötürün. Əmin olun ki, o hamısını hiss edir.


17 mart 2019
GO BACK