Qadin.NET / Hamiləlik zamanı bel ağrıları

Hamiləlik zamanı bel ağrıları

 

Hamiləlik zamanı bel ağrılarının səbəbləri

Hamilələrdə bel ağrıları adətən orta aylarda(4-6 aylar) ortaya çıxmağa başlayar. Bel ağrısına əsas səbəbləri:

Hamiləlik zamanı bel ağrıları

- Uşağın böyüməsi və bədəni ağırlıq mərkəzinin dəyişməsi

- Çəki artımı

- Hamiləlik əlaqəli duruşun pozulması

- Artan hormonlara bağlı olaraq bel fəqərələrində ağrılar.

 

Bel ağrısı hamiləliyin sonuna doğru daha da şiddətlənər. Buna rəğmən hamiləliyin ilk aylarında bəzi hamilələrdə xəfif dərəcədə bel ağrısı ola bilər. İlk aylarda bel ağrısı çoxdursa, bunun başqa səbəbi ola bilər.

Hamiləlik zamanı bel ağrıları

Bel ağrısı qasıq ağrısı və qanaxma ilə müşahidə olunursa...

Hamiləliyin ilk günlərində bəzi hamilələr bel ağrı müşahidə oluna bilər. Bu artan hormonlardan qaynaqlanır. Adətən düşmə təhlükəsi olan hallarda bel ağrısı qasıq ağrısı ilə birlikdə müşahidə olunur. Ağrılarla birlikdə qanaxma halları da ola bilir. Ona görə də, daima həkimlə əlaqə saxlamaq lazımdır.

 

Bel ağrısını azaltmaq üçün tövsiyələr

 

Həkimlə məsləhətləşməyi unutmayın.

Hamiləlik zamanı bel ağrıları

- Həddindən artıq kökəlməyin 

- Qidalanarkə D vitamini və kalsium ehtiyacınızın qarşılandığından əmin olun.

- Uzun müddət hərəkətsiz qalmayın, tez-tez yeriyin.

- Belinizi yoran hərəkətlərdən qaçın.

- Gün ərzində tez-tez istirahət edin. Oturarkən poza dəyişməyi unutmayın. Oturarkən yastıqdan istifadə edin. 

- Kürəyi üstdə yatmayın. Yan yatın və qarnınızı yastıqla dəstəkləyin.

- Hündürdaban ayaqqabılar geyinməyin.

 

31 yanvar 2019
GO BACK