Hamilək dövründə necə qidalanmalı?
- Yeməkləriniz tez-tez və az porsiyalar halında olmalıdır. Nə uzun müddət ac qalın, nə də yedikdə mədənizi doldurun.
- Yediklərinizin yeni olmasına diqqət edin. Konserv və qatqı maddələri olan qidaların yerinə təzə və təbii maddələri olan qidaları yeməyə çalışın.
- Həddindən artıq yağlı, şəkərli, ədviyyatlı və kalorili qidaların yerinə protein və karbohidratla zəngin, yağ səviyyəsi olan yeməkləri yeyin.
- Yediyiniz qidalarin vitamin və mineral baxımından zəngin olmasına diqqət edin.
- Suyu ehmal etməyin. Gündə ən az 8-10 stəkan su için. Yaz aylarında bu miqdar 15 stəkana qədər çıxa bilirlər.
- Gündə 1-2 stəkan süd içmək kalsium itkisinə mane ola bilər. Süd içmirsinizsə, ayran və qatıq yeyin.
- Yüksək təzyiqlə yeməkləri az duzla bişirin.
- Səhər bulantılarını bir dilim pendirlə aradan qaldırın. Xüsusilə, hamiləliyin ilk 3 ayında olan bu bulantı və qusmalardan qorunmaq üçün quru, qatqısız və yağsız qidalardan istifadə edin.