Qadin.NET / Yay hamilələrinə tövsiyələr

Yay hamilələrinə tövsiyələr

 

 

Hamilələr bol maye qəbul etməlidir

Yay aylarında maye ehtiyacı adi vaxtlarla nisbətdə artır. Xüsusilə, hamilələr ən az 2-3 litr su içməlidirlər. Həmçinin, şorbalar, təzə meyvə suları, ayran kimi qidalarla qidalanmalıdırlar. 

Yay hamilələrinə tövsiyələr

İstiyə məruz qalan və xarab olan qidalardan uzaq olmalıdırlar

Yayda qidalanmağa xüsusilə, diqqət etmək lazımdır. Tez xarab olan qidalara diqqət etmək lazımdır. Süd, ayran, dondurma kimi məhsulların qəbulundan diqqətli olmaz vacibdir. Vaxtı keçmiş qidalar hamilələr üçün böyük təhlükə mənbəyidir.

Yay hamilələrinə tövsiyələr

Doğuş yaxın olan hamilələr uzun müddətli səyahətlərə çıxmamalıdır. Tətil planları qurarkən, yaxın məsafələr seçməlidirlər. Yüksək isti olan bölgələrə səyahət etməməlisiniz. 

Yay hamilələrinə tövsiyələr

Hamilələr hovuz yerinə dənizi seçməlidirlər

Hamilələr üçün ən uyğun idman növü üzməkdir. Üzərkən hovuz yerinə dənizi seçməlidirlər. Hovuzda yoluxucu infeksiyalara tutulma riski daha çoxdur. Hovuz istifadə edirsinizsə, dezinfeksiya edilməsinə diqqət etməlisiniz. 

Yay hamilələrinə tövsiyələr

İlk 3 ay üzmək, bulantı və qusmanı azaldır

Hamiləliyin ilk 3 aylıq dövründə səhər saatlarında üzmək, hamiləlik səbəbilə olan bulantının azalmasına kömək edir. Həmiçinin beldə və kürəkdə yaranan ağrıları azaldır. 

 

10 avqust 2018
GO BACK