Hamilə qadınlar digər insanlardan daha çox qidalanmalarına diqqət etməlidir. Ətlə qidalanarkən, yaxşı şəraitdə saxlanılmış və yaxşı bişirilmiş ətə üstünlük verməlidirlər. Sağlam qidalanmağa çalışmalıdırlar.
Az bişmiş ət yeməyin
Ət çox bişirilməməlidir, üzərində qəhvə rəngi bir təbəqə yaranmamasına diqqət edilməlidir. Çox bişmiş ətdə protein azalır. Hamilələr gündə 100-120 qramdan çox ət yeməməlidirlər. Çiy və az bişmiş ətdə parazitlər ola bilər və hamilə qadına keçə bilər.
Çay yerinə su
Bayram əlaqəli şirniyyatlar, çaylar daha çox istifadə olunur. Qonaqlarla içilən çayın sayı durmadan artır. Hamilə qadınlar bacardıqca az çay içməlidirlər. Çayın yerinə suya üstünlük verməlidirlər.