Hamilə qadında hemoqlobinin səviyyəsi 110q/l olmalıdır və aşağı olarsa bu anemiya hesab olunur.Hamiləlik dövründə baş verən anemiyaların 95%-i dəmir defisitli anemiyadır.
Anemiyanın hamiləlik dövrünə bir neçə təsiri var:
*Hamilə qadının ümumi sağlamlığına təsir edir.
*Hamilə qadının yolxucu xəstəliklərə qarşı müqavimətini azaldır.
*Hamiləlik dövründə həzm sisteminin ağırlaşmasına gətirib çıxarır.
*Perinital ölüm (dölün ana bətnində 22-ci həftəsindən yeni doğulmuş uşağın həyatının ilk həftəsinə qədərki dövürdə baş verən ölümün) baş vermə təhlükəsi artır.
*Doğuş zamanı və sonrakı qanaxma ,əvvəldən anemiyası olan qadınlar üçün daha təhlükəlidir,çünki qanaxma anemiyanı daha da ağırlaşdırır.
Bu halların baş verməsinin qarşısını almaq üçün bir neçə yolları var:
Qadın tərkibində dəmir və fol turşusu çox olan qidaları yeməlidir (fol turşusu qanın əmələ gəlməsində iştrak edir).Tərkibində dəmirlə zəngin olan qidalar bunlardır-ət,xüsusi ilə qırmızı rəngli ət növləri (mal,qoyun əti),qaraciyər,böyrək,balıq ,quş əti,yumurta,lobya ,noxud,mərci,kartof,tünd yaşıl yarpaqlı tərəvəzlər,gül kələm , turp,qurudulmuş meyvələrdən xurma ,ərik,kişmiş.
Qadın qidasına C vitamini ilə zəngin olan qidalar daxil etməlidir,çünki C vitamini qidadakı dəmirin qana sorulmasının yaxşılaşdırır.Tərkibində C vitamini olan qidalar - gül kələm,yaşıl və şirin bibər ,sitrus meyvələri,pomidor,ispanaq,turp,çiyələk ,qarpız.
Hamilə qadın qəhvə və çayı çox içməyi tərgitməlidir,çünki qəhvə və çayın tərkibində olan kofein dəmirin qana sorulmasının qarşısını alır.
Bu məlumat Azərbaycan Səhiyyə nazirliyinin mama-ginikoloqlar üçün verdiyi bir vəsaitdən yazılıb.