Yuxudan əvvəl ilıq duş
Axşam yatmağı asanlaşdırmaq üçün 45 dəqiqəlik yürüyüşdən sonra ilıq duş faydalı olacaq. Ayaqlarınızdakı şişliyi sakitləşdirmək üçün suya bir qədər lavanda yağı əlavə edin. Suya ayaqlarınızı salıb dincəlin.
Üzərkən boyunuzu keçməyən yerlərə üstünlük verin
İdman, hamiləliyin hər dövründə böyük məna kəsb edir. Hamilələr idman üçün istiliyin çox yüksək olmadığı axşam və səhər saatlarına üstünlük verməlidir. Yürüyüş zamanı ayağı yormayan ayaqqabılara üstünlük verin.
Üzmək də hamilələr üçün ideal idmanlardan biridir. Üzərkən boyunuzu keçməyən yerlərə üstünlük verin və yalnız üzməyin. Yaş qalmayın, qurulanın.
Hamiləliyin son 3 ayında uzun səyahətlərə çıxmayın
Günəş işığı sintez olunan D vitamini körpənin beyin inkişafı üçün çox vacibdir. D vitamini üçün saat 11:00-15:00 arası ağdərililər 15-20 dəqiqə, tünd dərililər isə 20-30 dəqiqə günəş qoruyucusu olmadan qol və ayaqları günəşə verməlidilər.
Hamiləliyin son 3 ayında uzun səyahətlərdən qaçmaq lazımdır. Maşınla gündəlik 6-8 saat səyahət edə bilərsiniz. 3 saatdan bir fasilə verib qan dövranı üçün hərəkət edin.