Qadin.NET / Sağlam hamiləlik keçirmək üçün...

Sağlam hamiləlik keçirmək üçün...

Yeməyə toxunmadan əvvəl ...

Yeməyə toxunmadan əvvəl mütləq əllər yuyulmalıdır. Mümkün olduqca çit ətə təmas etdikdə, sonra əllərin yuyulması vacibdir. Çiy qidalarla hazır qidalar ayrı yerdə saxlanmalıdır. Hamiləlik üçün təhlükəli olan bakteriya və parazitlər içində ola biləcəyi pastörize edilməmiş süd, pendir, çiy və ya az bişmiş ət məhsullarından uzaq olmaq lazımdır. Həmçinin idmanın anaya və körpəyə bir çox faydası var.

Kafein erkən doğum riskini artırır

Kafeinin erkən doğum riskini artırdığını bildirən Dr. Okan Özden," Bununla bağlı dəqiqə məlumatlar olmasa da, erkən doğumla əlaqəli olduğunu iddia edənlər var. Qəhvə, çay, kola, şokolad və enerjili içkiləri azaldıb kafeinsiz çay və qəhvə növlərinə, meyvə şirələrinə üstünlük verməkdə fayda var. Siqaret çəkmək, erkən doğuş, ani ölüm kimi ciddi problemlərə yol açır. İlk bir neçə ay yüksək hormon seviyyəsi səbəbi ilə halsız hiss etmək normaldır. Sonraki dövrlərdə artan tualet ehtiyacı və ya yataqda rahat etməmək yuxunu bölməyə səbəb olur. Hamiləlik dövründə qan həcmi təxmini 50% artır. Bu artımı qarşılamaq üçün bol su içməlidir." formasında fikirlərini açıqladı.



27 iyul 2020
GO BACK