Qadin.NET / Hamiləlik dövründə diş sağlamlığını necə qorumalı?

Hamiləlik dövründə diş sağlamlığını necə qorumalı?

Diş müayinəsinə hamiləlikdən əvvəl başlayın

Hamiləlik dövründə hormonlarla əlaqəli diş əti iltihabı arta bilər. Sağlam hamiləlik üçün hamiləlikdən əvvəl diş həkiminə gedin. Diş əti problemləri erkən doğuşa da səbəb ola bilər.

Diş həkimindən qaçmayın

Hamiləlikdə diş sağlamlığını qorumaq üçün 3 ayda 1 dəfə işində mütəxəssis olan diş həkiminə gedin. Hamiləliyin ilk 3 ayında körpənin orqanları formalaşdığı üçün diş müalicəsindən qaçmaq lazımdır. Son 3 ayda isə təcili olmayan müalicələr doğumdan sonraya qala bilər.

Diş təmizliyi

Hamiləlik dövründə dişlərin çürüməsinin qarşısını almaq üçün diş təmizliyinə diqqət etmək lazımdır. Bol su içib, yeməkdən sonra dişlərinizi fırçalayın

Qidalanmaya diqqət edin

Hamiləlik dövründə diş sağlamlığını qorumaq üçün qidalanmaya diqqət etməlisiniz. Dişlərə yapışan şirniyyat, ağ çörək, quru meyvə kimi qidalarla qidalanırsınızsa, yedikdən sonra ağzınızı ən azından su ilə çalxalayın. Kalsiumdan əlavə protein, A vitamini (ət, süd, yumurta, kök, ispanaq, kahı, brokoli..), C vitamini (cəfəri, yaşıl bibər...) və D vitamini (ət, süd, balıq) qəbuluna diqqət edin.

22 iyun 2020
GO BACK