Bir çox valideynlər kimi siz də uşağınızın çox televizor ya da film izlədiyi, kompüterdə və telefonda çox oyun oynadığı barədə narahatsınız? Bəzən ekran önündə vaxt keçirmək öyrədici olsa da, bunun həddindən artıq çoxalması uşaqlarınızda mənfi təsirlərə yol açır. Bəs uşaqlarımızı bu bağlılıqdan necə xilas edə bilərik? Məhz uşaqlarınızı televizor və kompüterdən uzaqlaşdırmanın yolları:
Çoxlu televizora baxmağın təsirləri
Amerikalı alimlər 2 yaşından balaca uşaqların televizor izləməsini məsləhət bilmir. Daha böyük uşaqların isə 1 ya da 2 saat televizor izləməsinə icazə verilməsini təklif edir.
Piylənmə
Uşaqlar nə qədər çox televizor izləsə, həddindən artıq kökəlmək riskləri də o qədər artar. Xüsusilə uşağınızın otağında televizorun olması bu riski daha da artırır. Uşaqlar televizor izləyərkən yediklərini hiss etməyib çox yeyirlər və piylənmə riskləri daha da artır.
Nizamsız yuxu
Çoxlu televizor izləyən uşaqlar yuxuya getməkdə çətinlik çəkir və yuxu nizamları pozulur. Yuxusuzluq yorğunluğa və qəlyanaltı istəyinin artmasına yol açar.
Ekran qarşısında keçirəcəyimiz vaxtı azaltmağımız üçün atacağımız addımlar
İzləmədiyiniz zaman televizoru söndürün: Televizorunuz yanılı olduğu zaman uşağınızın fikri ora yönələcəkdir. Əgər televizora baxan yoxdursa, televizoru söndürün. Əyləncə üçün televizor ya da kompüter oyunları oynamaq yerinə kitab oxuyub idman edə bilərlər.
Uşağınızın nə izləyəcəyini planlaşdırın
Oynayacağı oyunlara baxın və onlara nəzarət edin. Əgər mümkündürsə, proqramları birlikdə izləyin və gördüyünüz şeylərdən söhbət edin.