Qadin.NET / Kağız gəlinciklər - 3

Kağız gəlinciklər - 3

Uşaqlarda dünyagörüşünü inkişaf etdirmək lazımdır. Dünyagörüşü zəif olan uşaqlarda təqlidçiliyə meyllilik güclü şəkildə baş qaldırır. Bunun qarşısını almaq isə olduqca çətindir. Uşaqlarınızı tanımadan onları tərbiyə edə bilməzsiniz. Ona görə də kiçik olmaqlarına baxmayaraq uşaqlarınıza öz gözünüzdə böyük biri kimi yanaşın və onları başa düşməyə çalışın. Bunun ən gözəl yolu isə uşaqlarınıza zaman ayırmaq və onlarla oyun oynamaqdır. Hər şey elə uşaq yaşlarından oynanılan oyunarla başlayır. Oyun zamanı uşağınızla söhbət edin və onunla gözəl zaman keçirin. Biz də bunun üçün varıq. Əlimizdə olan məlumatları sizinlə ona görə paylaşırıq ki, siz də həvəslənəsiniz və uşaqlarınızla gün ərzində gözəl zamanlar keçirməyə çalışasınız. Bu dəfəki xəbərim kağız gəlinciklər xəbərinin növbəti hissəsidir. Keçən dəfəki hissələrdəki şərhlərinizi görüb belə başa düşdüm ki, bu xəbər sizin üçün yetərincə maraqlı olub. Ona görə də xəbərin növbəti hissəsini hazırladım.

Bu dəfə də sizə lazım olan bu iş vərəqlərini çap etməkdir. 

Kağız gəlinciklər - 3

Çap etdikdən sonra şəkilləri səliqə ilə kəsin. 

Kağız gəlinciklər - 3

Bunu kardona yapışdıraraq da edə bilərsiniz, adi bir vərəqə yapışdıraraq da. 

Kağız gəlinciklər - 3
Seçimi siz deyil, uşağınız etməlidir. 
Kağız gəlinciklər - 3

Əgər adi vərəqə yapışdırarkən uşağınız daha çox əylənəcəksə, o zaman belə edin. 

Kağız gəlinciklər - 3

Mütləq ondan hansı şəkildə oynamaq istədiyini soruşun. 

Kağız gəlinciklər - 3

Çünki bu sizin ona güvəndiyinizi və onun seçimlərinə hörmət etdiyinizi göstərəcəkdir. 

Kağız gəlinciklər - 3

Bunun sayəsində isə onda özünəinam, özünəgüvən və özünəhörmət hissləri yaranacaqdır. 

Kağız gəlinciklər - 3

Siz adi gördüyünüz bu oyunlar vasitəsilə əslində uşağınız tam şəxsiyyət kimi formalaşır.

 Kağız gəlinciklər - 3

Uşaqlarınızla gözəl zaman keçirməyiniz diləyi ilə.  

Kağız gəlinciklər - 3
1 iyul 2014
GO BACK