Qadin.NET / Ana südünü artıran içkilər

Ana südünü artıran içkilər

 

Ana südünü artıran içkiləri sizə təqdim edirik.

Ana südünü artıran içkilər

Su: Su südü artıran əsas içkilərdəndir. Gündə ən az 8 stəkan su içmək, süd istehsalını artırmaq yanaşı ana südünün tərkibindəki mineralları zənginləşdirir. Əmizdirən analar, susuzluq hiss etməsələr də, su içməlidirlər.

 

Ayran: Protein qaynağı olması, kalsium və fosfor baxımından zəngin olması ayranı ən vacib içkilər halına gətirir. Ayrandakı protein və kalsium körpənin sümük, əzələ, diş sağlamlığını təmin edir. Bol-bol yoqurt yeyin. Gündə 2-3 stəkan ayran və yoqurt kifayət edəcək.

Ana südünü artıran içkilər

Meyvə suları: Ağlınıza hazır satılan meyvə suları gəlsə də, hazır meyvə sularından uzaq olun. Təzə sıxılmış meyvə suları daha faydalıdır. Yay aylarında bütün meyvə sularını içə bilərsiniz. Ərikdə A və C vitamini, kalsium var. Avokadoda omeqa3 zəngindir. Bunlar ana südünü artırır, ananı sakitləşdirir. 

Ana südünü artıran içkilər

Evdə hazırlanan şərbətlər: Keçmişdə doğuşdan sonra südü artırmaq üçün şərbət verilirdir. Şərbətin tərkibində çubuq darçın, mixək, şəkər və su olurdu. Ana südünü artırmaq üçün evdə başqa şərbətlər də hazırlaya bilərsiniz. Bunun üçün təzə və ya qurudulmuş meyvələrdən də istifadə edərsiniz.

 

22 iyun 2019
GO BACK