Doğumdan sonra qaçmaq və idman etmək vücudunuza enerji verir və doğumdan sonra özünüzə vaxt ayırmağınıza kömək edir. Həkim razılığı ilə idmana başlaya bilərsiniz.
İdman edərkən zövq alın
İdmana başlamağı hədəflədiyinizdə niyə idmanın və qaçmağın sizi xoşbəxt etdiyini düşünün və bunun üçün motivasiya olun. Enerjinizin olmadığını hiss etdiyiniz an, özünüzə biraz vaxt ayırın.
Doğumdan sonra idman etməyin faydalarını düşünün
Doğumdan sonra edilən idmanın bir çox faydası olduğu görülmüşdür. Artıq çəkinin atılması, depresiyanın qarşısını almağa kömək edəcək.
Tez nəticə almaq üçün sərhədlərinizi aşın
İdman etmə sürətiniz doğumdan əvvəlki sürətdən aşağıdırsa, narahat olmayın. Hər ana idman fərqli sürətlə başlayır. İdmana vərdiş etməyə çalışın.
Daha əvvəl etdiyinizdən fərqli tərzdə idman edin
Daha əvvəl idman etdiyiniz səviyyədə olmaya bilərsiniz. Buna görə fərqli idman növlərinə maraq sala bilərsiniz.
Qidalanmağınıza diqqət edin, bol-bol su için
İdman etdiyiniz vaxtlar qidalanmağınıza diqqət edin. Bol-bol su içməyi unutmayın. Xüsusilə, körpə əmizdirirsinizsə, bol-bol su içməlisiniz.