Qadin.NET / Ana südünü artırmağının yolları

Ana südünü artırmağının yolları


Səhər yeməyi: Bir ana mütləq səhər yeməyi yeməlidir...

Xalq arasında şəkərli içki və yeməklərin ana südünü artırdığına dair yalnış inanc var. Şəkərli içkilər və şirniyyatlar, sağlam qidaların əmilməsinə mane olduğu üçün tam tərsinə süd istehsalında problemlərə yol aça bilər. Səhər yeməyində iştah və istək olduğu miqdarda pendir, yumurta, zeytun, göyərti və səhər yeməyi məhsullarından yeyilməlidir. Çox unlu qidalardan, cəfəri və nanədən qaçmaq lazımdır. Çay və qəhvədə ölçünü aşmaq süd istehsalına mənfi təsir edər. Su qəbulu artırmaq daha faydalıdır.

Günorta yeməyi ...

Həzmi asan və qidalandırıcı dəyəri yüksək olan qazan yeməkləri, ətli tərəvəz yeməkləri, zeytun yağına üstünlük verməlisiniz. Maye miqdarı yüksək olan ispanaq, kələm, lobya kimi tərəvəzlərə üstünlük verin.

Axşam yeməyi ...

Həzmi çətin olan, yuxu nizamını pozan, qaz yaradan lobyalar, meyvə və çiy tərəvəzlərdən uzaq olun. Axşam şorba ilə başlayıb, sonra xəfif bişmiş tərəvəz yeməyi ilə günü bitirə bilərsiniz.

13 avqust 2020
GO BACK