Qadin.NET / Üzü zərifləşdirən 6 hərəkət

Üzü zərifləşdirən 6 hərəkət

 

Balıq dodaq hərəkəti

Yanaqlarınızı içəri çəkərək dodaqlarınızı önə çıxarın. Daha sonra başını arxaya əyib çənənizlə tavana doğru uzanmağa çalışın. 10 saniyəlik periodla 15 dəfə təkrar edin.

 

Üzü zərifləşdirən 6 hərəkət

 

Gülümsəyin

Ağzınızı gülümsəyəcək kimi açın, üst dodağınızla üst dişlərinizi bağlayın. Bunu edərkən işarət barmağınızı almacıq sümüklərinizə qoyun və yuxarı doğru itin. Bu formada 30 saniyə dayanın.

 

Gözlərinizi möhkəm örtün

Gözlərinizi möhkəm bağlamağın yanaqlarınızdakı yağları yandırmağa kömək etdiyini bilirdiniz? 3 saniyə ərzində gözlərinizi bərk yumun və açın. Bu 15 dəfə təkrar edin.

 

Üzü zərifləşdirən 6 hərəkət

 

Çənənizi oynadın

Alt çənənizi üstə doğru oynadın. Bu edə bildiyiniz qədər etməyə çalışın.Bu hərəkəti 15 dəfə təkrar edin.

 

Öpüş atın

Xəyali dostunuzun yanaqlarını öpürmüş kimi sağa, sola öpüş atın.Bunu 15 dəfə təkrar edin.

 

Üzü zərifləşdirən 6 hərəkət

 

Ağzınızı açıb bağlayın

Dilinizi alt dişlərinizə dirəyib ağzınızı aça bildiyiniz qədər açın. Bunu 15 dəfə təkrar edin.

 

19 sentyabr 2019
GO BACK