- Yaşlanma əlamətləri ilk olaraq dərinizdə özünü göstərir. Dərinizə yaxşı baxmadığınız vaxt dəriniz quruyur və zamanla qırışlar yaranmağa başlayır. Gənc yaşda dərinizin qırışmaması üçün, dərinizə xüsusi qayğı göstərin və elastikliyi artıran qidalardan istifadə edin.
- Zamanla zəifləyən metabolizma və hormonal dəyişiklər, bədənin yağlanmasında böyük rol oynayır. Monotonlaşan həyat və idman etməmək, bədənin bir müddət sonra qocalmasına yol açar. Seçdiyiniz pəhrizə diqqət edin və idman həmişə eyni planla etməyin.
- Gözləriniz əvvəlki qədər canlı deyil, aynaya baxdığınız vaxtlarda özünüzü yaxşı hiss etdiyiniz halda üzünüzdə yorğunluq görürsünüzə, bədəniz yaşınızdan daha sürətli qocalır demək. Yemək vərdişlərinizi dəyişdirərək bu halı gecikdirə bilərsiniz.
- Hər keçən gün unutqanlığınız artır və diqqətiniz çox sürətlə dağılırsa, bu hal yaşlandığınızı göstərir. Yaddaşın zəifləməsinin qarşısına keçmək üçün Omega3 tərkibli qidalar seçə bilərsiniz.