Qadin.NET / Atışdırmalıqlarla gözəlləşin!

Atışdırmalıqlarla gözəlləşin!

 Atışdırmalıqlarla gözəlləşin!

Gün içində yemək əvvəli və sonrası atışdırmağı sevirsinizsə və meyvələrlə aranız yaxşıdırsa, sizə söyləyəcəyimiz meyvələri qəbul edərək dərinizi gözəlləşdirə bilərsiniz. Yalnız dərimizə xaricdən baxım etməklə dəri gözəlliyi və sağlamlığımızı qalıcı hala gətirə bilmərik. Xaricdən baxım etdiyimiz qədər qidalanmağa da diqqət yetirməliyik.

 

Atışdırmalıqlarla gözəlləşin!

 

Balqabaq çəyirdəyi

Balqabaq çəyirdəyi həm göz, həm də dəri sağlamlığı üçün olduqca təsirlidir. İçində maqnezium və sink olan balqabaq çəyirdəyi menopoza girmiş olan qadınların da dostudur. Eyni zamanda saçların uzanmasını da təmin edir. Bir çox faydası olan bu gözəl qidanı hər gün bir ovuc istehlak etməliyik. 

 

Atışdırmalıqlarla gözəlləşin!

 

Avokado

Avakado bilinən ən güclü antioksidanlardandır və içində çox sayda vitamin vardır. Omeqa 3 baxımından da zəngin olan avakado dərini nəmləndirir, saçınızı bəsləyir eyni zamanda dırnaqları da gücləndirir. Pəhriz proqramı olanlar üçün isə mükəmməl bir atışdırmalıqdı. Çünki yarım avokado sizi tox tutmaq üçün kifayətdir. İstehlak edərkən üzərinə limon sıxıb duz əlavə edə bilərsiniz.

Qatıq

Qatıq dəriyə nəm verər, immunitet sistemini gücləndirər və dəridə qırışıqlıqların meydana gəlməsinin qarşısını alır. Mütəxəssislər gündə bir çömçə qatıq istehlak edilməsi lazım olduğunu bildirirlər. Əgər sadə qatıq yeməkdən xoşlanmırsınızsa, meyvələrlə dadlandıra bilərsiniz. Alma, banan ya da mövsümə uyğun meyvələri kiçik-kiçik dilimləyib qatığınızın içinə əlavə edə bilərsiniz.

 

Atışdırmalıqlarla gözəlləşin!

 

Alma

Alma hər mövsümə uyğun meyvələrdən biri olduğu üçün gözəlliyinizi dəstəkləyən meyvələrin başında gəlir. Əgər kilo probleminiz yoxdursa, almanı dilimləyib üzərinə tahin, ya da bal qoyaraq da yeyə bilərsiniz. Yeyərək gözəlləşmək kimisi yoxdur. 

 

Atışdırmalıqlarla gözəlləşin!

 

Şokolad

Hər şeydə olduğu kimi şokoladın da azı qərar çoxu isə zərərdir. Xüsusilə də kilo problemimiz varsaŞokolad dərisni UV şüalarından qoruyar, qan axışını nizamlar. Bundan əlavə içində mis, sink və dəmirlə zəngindir.

 

 

21 noyabr 2015
GO BACK