Qadin.NET / Üz dərinizin qeydinə qalın

Üz dərinizin qeydinə qalın

Hamımız bilirik ki, gənclik elə gözəllikdir. Ancaq bunu da unutmamalıyıq ki, gənc vaxtımızdan gözəlliyimizin qeydinə qalmalıyıq. Qadının gözəlliyi onun dərisinin gözəlliyindən asılıdır. Tibbi arashdırmalar göstərir ki, 25 yaşdan başlayaraq dəri qocalmağa başlayır. Bunun qarşısını zamanında almaq lazımdır.

Üz dərinizin qeydinə qalın

1. Günəşdən qoruyucu kremlərdən, eləcə də göz ətrafı dərini qorumaq üçün gün eynəklərindən istifadə edin.

Üz dərinizin qeydinə qalın

2. Dərinizi nəmləndirin. Bu zaman nəmləndirici kremlər köməyinizə gələcək. Amma unutmayaq ki, dərimizin həm də daxildən nəmliyə ehtiyacı var. Buna görə də gün ərzində maye qəbuluna xüsusi diqqət yetirin.

 

 


3. Gündəlik qida rasiyonunuzda qənnadı məmulatların qəbulunu minimuma endirin. Şirin qidalar dəridə iltihabı prosesləri sürətləndirir, bu da öz növbəsində qıcıqlanma, civzə və dəri qızartısına səbəb olur. Qənd həm də dəridə kollagenin yaranmasının qarşısını alır ki, bu da vaxtından əvvəl qırış əmələ gəlməsinə yol açır.

Üz dərinizin qeydinə qalın 

 

4. Yuxunuzun qeydinə qalın. Yuxusuzluq dəri qocalmasına səbəb olur. Az yatan insanların dərisi elastikliyini vaxtından əvvəl itirir. 

Üz dərinizin qeydinə qalın 

 

5. Vitaminlər qəbul edin. Dərinin Omeqa3 və Omeqa6-ya olan tələbatını meyvə-tərəvəzdən almaq qeyri-mümkündür. Bu vitaminləri ayrıca qəbul edin. Kətan yağında bu vitaminlərin miqdarı bir qədər çoxdur. 

Üz dərinizin qeydinə qalın

 

6. Kontrast duşdan istifadə edin. Üzünüzü yuyarkən çalışın soyuq sudan istifadə edəsiniz. Əgər soyuq suya qarşı çox həssassınızsa ilıq sudan yararlanın.

5 mart 2011
GO BACK