Qadin.NET / Üz məşqi və üz masajı necə olur?

Üz məşqi və üz masajı necə olur?

Üz məşqi və üz masajı necə olur?

Üz məşqi və masajı

Üz məşqi və üz masajını etmək üçün zamanın əslində çox əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan tək şey, hər gün nizamlı olaraq üz məşqi və masajının tətbiq olunmasıdır. Üz məşqi və masajını tətbiq etmək üçün özünüzə bir az zaman ayırın və səssiz bir mühitdə tək qalın. Sonra isə üz məşqi və masajı üçün rahat mövqe seçin. İstəyirsiniz otururun, istəyirsiniz ayaq üstə durun - bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan vacib şey sizin rahat olmağınızdır. Sonra etməniz lazım olan şey isə üz dərinizi masaj etmək və məşq edəcəyiniz bölgəni nəmləndirici bir kremlə kremləməkdir. Daha sonra isə 5 dəfə dərin nəfəs alın. Və artıq üz məşqi və üz masajını etməyə başlaya bilərsiniz. Baxaq görək nələr etməlisiniz?

Üz məşqi və üz masajı necə olur?

Üz məşqi necə olur?

Üz məşqləri və üz masajında ​​ilk sırada gözlər durur. Göz kənarlarında olan qırışları yox etmək və göz qapaqlarını gücləndirmək üçün edilməsi lazım olanlar: əvvəl gözlərinizi bağlayıb, sonra da göz qapaqlarının sərbəst qalmasını təmin edin. Gözünüzü qıyaraq burnunuzun ucuna baxın; bir müddət gözlədikdən sonra isə gözünüzü açaraq tam önünüzdə dayanan bir nöqtəyə sabit bir şəkildə baxın. Bu prosesi 5 saniyə davam etdirin. Və daha sonra eyni şeyləri  5 dəfə təkrarlayın. Göz ətrafındakı qara xətlərin və gözlərdəki qabarıqlığın aradan qaldırılması üçün nişan üzüyü taxdığınız barmağınızı alt göz qapağınızın dərhal altına yerləşdirin, sonra gözlərinizi bağlamağa çalışarkən yüngül bir şəkildə barmağınızı alt göz qapağınızın dərhal altına yerləşdirin. Daha sonra gözlərinizi bağlamağa çalışarkən yüngül bir şəkildə barmağınızın olduğu nöqtəyə basdırın.

Üz məşqi və üz masajı necə olur?

Alnınızdakı qırışlardan xilas olmaq üçün baş və orta barmağınızı qaşlarınızın üzərinə qoyun. Sonra əllərinizi gicgahlarınıza doğru yüngülcə çəkin və bu prosesi edərkən əllərinizi gicgahlarınıza doğru yüngülcə çəkin və gözlərinizi bağlayın. 5 saniyə bu şəkildə gözləyin və bunu 5 dəfə təkrar edin. Gözlərinizin ətrafını bu məşqlərin arasında barmaq uclarınızla yüngülcə sakitləşdirə də bilərsiniz.

Dodaqlar ilə üz məşqi

Üz məşqi və üz masajında ​​növbə dodaqlara gəldi. Dodaqlarınızı dolğunlaşdırmaq üçün əvvəl ağzınızı bağlayın, sonra isə baş və işarə barmağınızla dodaqlarınızı sıxın. Ortadan başladığınız bu əməliyyatı kənarlara doğru davam etdirin, kənara gələndə isə yenidən ortaya dönün. Və dodaqlarınızı dolğunlaşdırmaq üçün bu əməliyyatı 2 dəqiqə boyunca təkrarlayın. Gülərkən dodaqlarınızın ətrafında qırışlar olduğunu görürsünüz və bu qırışları aradan qaldırmaq istəyirsinizsə, baş və işarə barmağınızdan istifadə edərək, bu qırışları yüngülcə çimdikləyin. Bu əməliyyatı da yenə digər əməliyyatlar kimi iki dəqiqə boyunca tətbiq etmək lazımdır. Almacıq sümüklərinizi yumşaltmaq istəyirsinizsə, dodaqlarınızın künc qismindən başlayıb yanağınız boyunca baş barmağınızla təzyiq edin. Bu prosesi isə almacıq sümüklərinizin xarici bölgəsi boyunca həyata keçirin. Əyri xətt ilə 2 dəqiqə boyunca göstərilən üz massajını edin. Sonra isə üzünüzün hər bölgəsinə masaj tətbiq edin və gözlərinizi bağlayıb dərin bir nəfəs alın.

26 noyabr 2013
GO BACK