Bu meyvənin tərkibində o qədər çox vitamin və mikroelementlər vardır ki...
Belə ki,100 qram meyvədə var:
- 214 milliqram kalium, çox vacib fizioloji rol oynayır,ürəyin normal fəaliyyətində,sinir impulslarının ötürülməsində iştirak edir, kalsium və onun duzları sayəsində öd xaric olunur.
- 0.04 qram yod, endokrin proseslərinə xeyirli təsir göstərir və orqanizmi yodla təmin edir.
- 0.04-0.06 qram vitamin P, qan təzyiqini aşağı salır.
- 2.1 milliqram dəmir, qanazlığı zamanı çox faydalıdır.
Bundan əlavə, gavalının tərkibində sink, kalsium, mis, fosfor, maqnezium, ftor, vitamin B1, B2, PP, C və E vardır.
Gavalının aşağıdakı xeyirli xüsusiyyətləri var:
- orqanizmdən xolestrini çıxarır.
- çox gözəl sidikqovucu vasitədir, orqanizmdən duzları və suyu çıxarır.
- sakitləşdirici təsir göstərir.
- revmatizm və podaqra zamanı ağrıları götürür.
- yaraları sağaldır.
- görməni möhkəmləndirir.
- trombların əmələ gəlməsinin qarşısını alır, artıq mövcud olan trombları aradan qaldırır.
- qanı laxtalandırır.
Quru və normal dəri üçün krem-maska
Bir xörək qaşığı kərə yağını 1 yumurta sarısı, 1 çay qaşığı bal və 1 xörək qaşığı əzilmiş gavalı ilə qarışdırın. Maskanı üzünüzə çəkin, 20-30 dəqiqə sonra kağız salfetka ilə silin. Bu qidalandırıcı kosmetik krem quru və normal dəri tipinə uyğundur.
Normal dərilər üçün gavalı-kəsmikli maska
Əzilmiş dəymiş gavalını 1 xörək qaşığı kəsmiklə (və ya xama) qarışdırın, üzünüzə çəkin, 10-15 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
Bütün növ dəri üçün maska
Dəymiş gavalının qabağını soyun, əzin və üz dərinizə çəkin, 15-20 dəqiqə saxlayın, sonra yuyun. Quru dəriyə bu maskanı tətbiq etməmişdən öncə üzünüzə ya krem, ya da bitki yağı çəkmək məsləhətdir. Gavalı maskalarını həftədə 1 dəfə etmək olar.
Normal dəri üçün maska
Gavalının qabığını soyun, əzin və ora 1/2 çay qaşığı xama ya da bitki yağı, kraxmal əlavə edib qarışdırın, üzünüzə çəkin, 20-30 dəqiqə saxlayın, sonra isti su ilə yuyun.
Yağlı dəri üçün qidalandırıcı maska
Gavalını əzib ora 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə saxlayın, sonra isti su ilə yuyun.