Qadin.NET / Sızanaqlardan uzaq olmaq üçün 5 tövsiyə

Sızanaqlardan uzaq olmaq üçün 5 tövsiyə

Gündə iki dəfə üzünüzü yuyun

Gözəl və sağlam bir üz üçün gündə ən az 2 dəfə yumalısınız. Qurulamaq üçün özünüzə aid dəsmalınız olmalıdır. Üzünüzü qurulayarkən çirkli dəsmal və ya çirkli fərqli nəsnə istifadə etməməlisiniz. Eyni zamanda hər yumadan sonra üzünüzü nəmləndirməkdə fayda var.

Üzünüzə əl vurmayın

Üzünüzdə sızanaq varsa, əlinizi üzünüzə çox vurmayın. Çirkli əllər bakteriyalarla doludur. Toxunmamaqla yanaşı sızanaqları sıxmamalısınız. Sıxılan və iltihabı axan sızanaqlar üzünüzdə izlərin qalmasına səbəb ola bilər.

Şirniyyatdan uzaq olun

Dərinizin sağlam görünməsinə istəyirsinizsə, şəkərdən istifadəni ən aza endirməlisiniz. Şəkər iltihabı artırır və yeni sızanaqların yaranmasına səbəb olur. Şəkər, şokolad və yağlı yeməklər sızanaqların çoxalmasına səbəb olur.

Bol-bol maye qəbul edin

Gündə ən az 2 litr su içmək ən asan sağlamlıq vərdişlərindən sayılır. Bədən və dəri üçün ən təsirli dərman su və su ilə zəngin qidalarla qidalanmaqdır. Su, bədəndəki toksinləri təmizləyir və dərinin nəmini qoruyur. Suyun içinə bir neçə damla limon ataraq təsirini artıra bilərsiniz. 

Stresdən uzaq olun

Stress sızanağa səbəb olan ən böyük təsirlərdən biridir. Gündəlik həyatda sıxıntılarınızı daxilinizdə saxlayırsınızsa, sızanaq və qara nöqtələrin yaranmasına səbəb ola bilərsiniz. Stresdən uzaq olub, özünüzü sakitləşdirəcək terapiyalar tətbiq edin.

4 avqust 2020
GO BACK