A vitamini
A vitamini saçların uzanmasına kömək edir. Çatışmazlığı saç tökülməsinə və saç dərisinin qurumasına, kəpəklənməyə səbəb olur. A vitamini, eyni zamanda saç dərisində sebum istehsalını artırır. Sebum, saç dərisini nəmləndirməyə və saçın sağlam qalmasına kömək edir. Saçların sağlam olması üçün A vitamini olduqca vacibdir. Yumurta sarısı, ispanaq, kartof, brokoli, kök, balqabaq və mərci A vitamini ilə zəngindir.
B vitamini
B vitamini qrupuna aid olan vitaminlər saç dərisi və kökünə qida maddəsi daşıyan qırmızı qan hüceyrələrin yaranmasına kömək edir.
B3 vitamini qan dövranını nizamlayır. Çatışmazlığında saçlar zəifləyir, nazikləşir, qırılır və tez tökülür. Qaraciyərdə, balıqda, toyuqda, qırmızı ətdə daha çox rastlanan vitamindir.
B7 vitamini saç üçün protein mənbəyidir. Yaşıl yarpaqları tərəvəzlərdə, tutda, yumurta sarısında daha çox olur.
B12 vitamini hüceyrələrə oksigen daşıyır. Çatışmazlığı zamanı saç köklərində saç istehsalı azalır. Qırmızı ətdə olur.
C vitamini
C vitamini saçların sağlam uzanması üçün vacib olan dəmir əmilməsinə kömək edər. C vitamini çatışmazlığı zamanı saçlar qırılmağa başlayar, parlaqlığını itirər. Portağal, qreyfurt, kivi, brokoli, çiyələk, pomidor C vitamini ilə zəngindir.
E vitamini
Yeni saç hüceyrələrinin inkişafına kömək edən E vitamini çatışmazlığı zamanı saçlar gec uzanır, tökülür, qırılır. Buğda, yulaf, kahı, ispanaq, kərəviz, qarğıdalı yağı, qoz, cəfəri E vitamini ilə zəngindir.