Qadin.NET / Sürətli saç uzatmağın 3 yolu

Sürətli saç uzatmağın 3 yolu

 

1. Qidalanmada dəyişiklik

 

Sürətli saç uzatmağın 3 yolu


 

Saçımız və dırnaqlarımız keratin deyilən proteindən ibarətdir. Toyuq, yumurta və qatıq protein baxımından zəngindir. Protein ehtiyacınız çəkinizə və həyat tərzinizə görə dəyişə bilər. İnsan gündə 45-55 qram proteinə ehtiyac hiss edər.

Dəmir və çinko kimi minerallar bədəndəki tüklərdə proteinlərin əmilməsi baxımından vacibdir. Dəmir azlığı saç tökülməsinə səbəb olur. İspanaq, lobya və dəniz məhsulları dəmirlə zəngindir. Günlük mineral qəbulundə dəyişiklik etmədən əvvəl həkimlə məsləhətləşin.

Vitamin baxımından zəngin qidalarla qidalanın. C vitamini dəmir əmilimi üçün vacibdir. C vitamini portağal, limon, qreyfurtun tərkibində var. D vitamini günəşdən və bəzi qidalardan ala bilərsiniz. 

Biotin və B vitaminləri, saçların sağlam böyüməsinə kömək edir. Ona görə də, qida siyahınıza əlavə etməlisiniz. Yumurta, pendir, göbələk biotin qaynağıdır. B vitaminləri ət,yumurta, süd, göyərti kimi qidalarda olur. 

Həmçinin saçın böyüməsi üçün omeqa-3 yağlarına ehtiyacı var. Omeqa-3 yağını balıqdan əldə edə bilərsiniz.

 

2. Saç baxımı

 

Sürətli saç uzatmağın 3 yolu


 

Hər gün şampundan istifadə etməyin. Saçınız həqiqətən yağlı deyilsə, günlük şampun vurmayın. Saçı hər gün yumaq təbii yağların saçınıza təsir etməsinə səbəb ola bilər.

Saç kremindən istifadə edin. Saç krem saçı nəmləndirməyə kömək edir.

İstiliyi və kimyəvi boyaları azaldın. Saçınıza istilik və ya boya vurmaq saça zərər verir. 

Saçı darayarkən zərif davranın. Geniş dişli daraqlardan istifadə edin. Sərt hərəkətlər saç tökülməsinə səbəb olur.

Saç dərinizi masaj edin, saç köklərinizdə qan dövranı sürətlənəcək. Saçların böyüməsi sürətlənəcək.

 

3. Həyat tərzində dəyişikliklər

Sürətli saç uzatmağın 3 yolu

Saçınızı kəsdirin. Saçları kəsdirmək, saçlarınızın güclənməsinə kömək edir və saçlarınızın daha sürətli uzanmasını təmin edir. 

Saçlarınızı dəsmalla sarımayın. Saçınızı duşdan sonra sarımaq qırılmağa səbəb ola bilər. 

 

18 iyul 2019
GO BACK