Qadin.NET / Saç tökülməsinin 7 səbəbi

Saç tökülməsinin 7 səbəbi

Fiziki stress 

Hər cür fiziki travma, cərrahi əməliyyatlar, qəzalar və şiddətli xəstəliklər keçici saç tökülməsinə səbəb olur. Saç tökülməsi travmadan 3-6 aydan sonra da baş verə bilir. Narahat olmayın, bir müddət sonra saçlarınız yenidən çıxmağa başlayacaq.

Saç tökülməsinin 7 səbəbi

 

Hamiləlik

Hamiləlik saç tökülməsinə səbəb olan fiziki stressə nümunədir. Hamiləliklə əlaqəli saç tökülməsi, doğuşdan sonra da özünü göstərə bilir. Bir neçə aydan sonra saçlarınız yenidən uzanacaq.

Saç tökülməsinin 7 səbəbi

 

Həddindən artıq A vitamini

A vitamini tərkibli dərmanların həddindən artıq qəbulu saç tökülməsinə səbəb ola bilir. Bunun üçün həkimlə məsləhətləşməlisiniz. 

Saç tökülməsinin 7 səbəbi

 

Protein çatışmazlığı

Qidalandığınız menyuda kifayət qədər protein yoxdursa, saçınız tökülməyə başlaya bilər. Ət məhsulları yemirsinizsə, digər yollarla protein qəbul etməlisiniz.

Saç tökülməsinin 7 səbəbi

 

Kişi tipli keçəllik

Üç kişidən ikisi 60 yaşına çatana qədər saç tökülməsi ilə üzləşir. Bunun səbəb genetika, kişi hormonları ilə əlaqəli olur. 

Saç tökülməsinin 7 səbəbi

 

Qadın hormonları

Hamiləlik hormonu kimi qadın hormonları da saç tökülməsinə səbəb ola bilir. Bu daha çox klimaks dövründə meydana gəlir. Müalicə üçün həkimə getmək lazımdır.

Saç tökülməsinin 7 səbəbi

 

Anemiya (qansızlıq)

20 ilə 49 yaş arasında 10 qadından birində, dəmir çatışmazlığı ilə əlaqəli anemiyaya rast gəlinir. Saç tökülməsinin bir səbəbi də budur. Bunu müəyyənləşdirmək üçün qan təhlili vermək lazımdır.

Saç tökülməsinin 7 səbəbi

14 avqust 2018
GO BACK