"Dünyada Yetişən Ərik Növlərinin Mineral Tərkiblərinin Müəyyənləşdirilməsi" adlı araşdırmada 2010-cuildən bu yana 240 növ ərik araşdırıldı. Araşdırma qrupundan olan Yrd. Doç. Dr. Yunus Önal, Malatyadakı 240 növ ərikdən nümunələr alındığını söylədi. Əriyin insan sağlamlığına faydalarının araşdırıldığını ifadə edən Önal, insan sağlamlığı üçün əhəmiyyətli olan selenium və sink elementlərinin bütün ərik növlərində olduğunu bildirdi.
Saç tökülməsinə qarşısını alan ərik
Selenium saç tökülməsinin qarşısını aldığını, yenidən çıxmasına faydası olduğunu və xərçənglə mübarizədə təsirili olduğunu bildirən Önal, "Bir çox meyvəni araşdırdıqda tərkibin çox hissəsini selenium və sink tutduğu aydın oldu. Hətta dərman fimaları mineral həblərində bunları insanlara təklif etməkdədirlər. Ərik yemək varkən niyə dərman istifadə edək?
Nümunə alınan əriklərin 236-sının yabanı ərik olduğunu bildirən Önal, selenium faizinin bunlarda daha çox olduğunu vurğuladı. "Bir kiloqram yabanı ərikdə təxminən 3 milliqram selenium var. Şaftalıda olan selenium miqdarından azdı, amma şaftalının yeyilməsi əriyin yeyilməsi ilə eyni deyil. Şafdalıdakı tərkibdə növünə görə dəyişir. Məsələn, ərikdə çox olan bir başqa element də kaliumdur. A vitamini çoxdur. Bunların insan sağlamlığına əhəmiyyəti ilə bilinir. Kalium, selenium, A vitamini və sinkin yüksək miqdarda olması, bunların hamısının insan bədəni tərəfindən qəbul olumasını daha asan olduğunu göstərir" deyərək fikrinin bitirdi.