Qadin.NET / Quru saçlar üçün təbii maskalar

Quru saçlar üçün təbii maskalar

Saçlarınız quru, zəif görsənirsə, ucları qırılırsa, dayanmadan elektiriklənirsə, edəcəyiniz bu ev istehsalı maskalar təzə saçlara qovuşmağınızı təmin edəcək.

 

 

Quru saçlar üçün təbii maskalar

 

 

Çay vannası

Çay vannası, saç rəngini ortaya çıxarır və saçlara parlaqlıq verir. Şampunu saçınızdan yuduqdan sonra şəkərsiz, təzə dəmlənmiş çay ilə saçlarınızı yuyun. Saçlarınız tünd rəngdədirsə qara çay, sarışınsınızsa çobanyastığı çayı istifadə edin.

 

 

 

Quru saçlar üçün təbii maskalar

 

 

Avakado maskası

Avkado, içərisində mineral, vitamin və yağ turşuları ilə saçlarınızı yeniləyir. 1 ədəd avakadonu əzib 1 ədəd yumurta ilə qarışdıraraq hamar bir maska əldə edin. Bu maskanı yaş saça çəkib 20dəqiqə saxlayın. Sonra yaxşıca yuyun. Qırılan saçlara sahibsinizsə, bu maskanı həftədə 1 dəfə, güclü saçlara sabinsinizsə ayda 1dəfə edin.

 

 

Quru saçlar üçün təbii maskalar



 

Saçlara həcm verən alma sirkəsi

 Zərər görmüş, incə telli saçlara sahibsinizsə, lazım olan həcmi qazanmaq üçün 3 ədəd yumurta ağını, 2 qaşıq zeytun yağını və 1 çay qaşığı alma sirkəsini qarışdırıb saçlarınıza çəkin. Yarım saat gözlədikdən sonra şampunla yaxşıca yuyun.

 

 

Quru saçlar üçün təbii maskalar



 

Protein dəstəyi

Saç tellərinizi yeniləmək, gücləndirmək üçün proteinə ehtiyacınız var. 1 ədəd yumurta ilə bir miqdar şampunu qarışdırıb saçlarınıza çəkin. 5 dəqiqə gözləyib yaxşıca yuyun.

 

 

Quru saçlar üçün təbii maskalar



 

İlıq yağ müalicəsi

Yarım istəkan zeytun yağını isidin, ancaq qaynamamasına diqqət edin. İlıqkən saçınıza yağ ilə masaj edin. İsti qalması üçün dəsməla sarıyın. 45 dəqiqə saxlayıb şampunla yuyun.

 

 

 

Quru saçlar üçün təbii maskalar


 

Hind qozu yağı


Zərər görmüş saçlar ilə qalın və ağır saçlar üçün hind qozu yağı mükəmməldir. Saçınızı isladdıqdan sonra bütün saça hind qozu yağı çəkin. Dəsmala sarıdıqdan sonra bir az gözləyin. Şampunla yuyun. 

18 fevral 2017
GO BACK