Sağlam qidalanmaq saç sağlamlığınız üçün son dərəcə əhəmiyyətlidir. Hər qida qrupundan müəyyən miqdarda yararlanmalı, bədəninizin ehtiyac duyduğu vitamin və mineralları qəbul etməlisiniz.
Açıq havada gəzməlisiniz. Oksigen saç sağlamlığınız üçün vacibdir və saç dərisinin özünü yeniləməsinə kömək edir. Saçların dərisindəki məsamələr tıxansa saçlarınız tökülər. Fen, saç düzləşdirici kimi vasitələrdən mümkün qədər az istifadə etməlisiniz. Əks halda saçınız köhnələr, çünki yüksək istilik saça zərər verir. Mütləq saç tipinizə uyğun şampundan istifadə etməli, ilıq suyla yumalısınız.
Bəzi dərmanlardan istifadə, qida pozğunluğu, stress kimi faktorlar saç uzanmasını ləngidir. Siqaret damaralara büzücü təsir göstərərək, qan dövranını pozur və qidaların, oksigenin hüceyrələrə ötürülməsinə mane olur. Saçların uzanmasını sürətləndirmək üçün ediləcək ən yaxşı şey saçların uzanmasını ləngidən faktorlar ilə mübarizə aparmaqdır.
Sağlam qidalanma, xüsusilə tərəvəz və meyvələri yetərincə qəbul eləmək, bol su içmək, nizamlı və kafi yuxu çox əhəmiyyətlidir. Saç dərisinə tətbiq olunacaq isti dəsmallar, yüngül masajlar bu bölgədə dövranı artıracaq və saç köklərinin normal bəslənməsini təmin edəcək.
Saçlarınızın daha qısa müddətdə sürətlə uzanmasını təmin edə bilərsiniz. Tez saç uzadan təkliflər ..
1 - saçı tez tez kəsdirmək, düşünüldüyü kimi saç uzanmasını sürətləndirmir, sadəcə olaraq, saçınızın sağlam uzanmasına kömək edir.
2 – Saç dəriniz təmiz olmalıdır.
3 - Saçların güclənməsinə köməkçi olan sink, biotin və dəmir kimi qidalandırıcı tərkibli vasitələrdən istifadə etmənizdə fayda var. Gündəlik yumurta, pendir, balıq, toyuq və ya hinduşka kimi qidalardan lazımınca yeməlisiniz.
4 - Səhər yemək yeyin. Səhərlər enerjiyə ehtiyacınız var. Əgər yeməsəniz saçlarınız sağlamlığını itirə bilər. Hər dörd saatdan bir mütləq qida qəbul edin edin. Fındıq, badam, yaşıl tərəvəzlər və somon saçların uzanmasında işə yarayan qidalardır.
5 - Son olaraq rahatlamağa çalışın. Stress həzm sisteminə təsir edərək, həzm prosesini ləngidir.