Qadin.NET / Saç baxımı

Saç baxımı

Saçınız, saç dəriniz çox qurudursa buna görə saç ucları tez-tez qırılırsa, bunu qarşısını almaq, ən azı azaltmaq üçün təbii yağlardan istifadə edə bilərsiniz. Bəzi təbii yağlar saç köklərini gücləndirərkən saç tellərini yumşaldır saçınızın təbii olaraq parlamasını təmin edir. Zeytun yağı badam yağı saç baxımında ən çox istifadə edilən yağlar olmasına baxmayaraq jojoba, bibəriyə lavanta kimi əsəs yağlarla qarışdırıldıqda daha effektli olurlar.
Yağ ilə qulluq etməyə başlamazdan əvvəl saç qırıqlarını kəsdirin, çünki köhnə qırıqların düzəlməsi mümkün deyil.
 

Jojoba yağı: 

Jojoba yağı dəri tərəfindən asan "əmilən" yağdır saç dərisini yumşaldır, saç tellərini gücləndirərək qırılmağa qarşı möhkəm hala gətirirJojoba yağının digər faydası odur ki, saçın dərisi tərəfindən ifraz edilən yağı tarazlayır, saçın gün ərzində həddindən artıq yağlanmasının qarşısını alır.

10 damla jojoba yağı, 4 damla bibəriyə yağı, 5 damla gənəgərçək, 3 damla kokos yağı ilə qarışdırın barmaq uclarınızla masaj edərək qarışığı saç dərinizə çəkin.

Saç baxımı

Rozmarin yağı: 

Saçın sağlam uzanmasına kömək edən rozmarin yağı qırıqların qarşısını alır saç köklərini gücləndirir. Bu yağda olan kofein rozmarin turşusu saça həcm verir saç dərisini yaxşılaşdıraraq qaşınmanın, quruluğun qarşısını alır.
10 damla rozmarin yağını 4 damla çayağacı yağı, 4 damla adaçayı yağı, 2 damla jojoba yağı ilə qarışdırın bu qarışıqla saç dərinizə ən az 10 dəqiqə masaj edin.

Lavanda yağı:

Güclü qoxusu olan lavanda yağı saçların uzanmasına kömək edərkən saç dərisindəki qan dövranını artıraraq saç köklərinə gedən oksigenin miqdarını da çoxaldır. Oksigenin artması saç köklərini gücləndirir qırıqların sayını azaldır.
10 damla lavanda yağını 5 damla badam yağı, 4 damla çobanyastığı yağı 4 damla üzüm çəyirdəyi yağı ilə qarışdıraraq saç dərinizə masaj edə bilərsiniz.

Bu yağlar zeytunyağı və ya badam yağı kimi daşıyıcı yağlara əsasən daha güclüdür. Bu səbəbdən saç dərisində qıcıqlanma qaşıntıya səbəb ola bilər. Yuxarıdaki yağları bütün saç dərinizə sürtməzdən əvvəl kiçik bir nahiyəyə sürtüb 1-2 saat gözləyərək qıcıqlanmaya səbəb olub-olmadığını görə bilərsiniz. Yağları saç dərisinə sürtərkən dairəvi hərəkətlərlə masaj etməyi unutmayın. Ən azı 10 dəqiqə masaj etmək saç dərisindəki qan dövranını artıracaq. Yağların saç dərisinə nüfuz etməsi için 1-2 saat gözləməlisiniz.
19 aprel 2013
GO BACK