Qadin.NET / Uzun saçlara necə qulluq etmək lazımdır?

Uzun saçlara necə qulluq etmək lazımdır?

 

Uzun saçlara necə qulluq etmək lazımdır?

 

Diqqətlə uzatdığınız saçların hər zaman ən yaxşı görünüşünü qorumaq istəsəniz də, təəssüf ki, uzun saç qırılmağa, qopmağa və zərər görməyə daha çox meyillidir. Buna görə də uzun saçlar qulluq tələb edir. Sizə uzun saç baxımınızı asanlaşdıracaq 6 təklifim var. Gəlin birlikdə bunlara nəzər salaq.

Hamımız bilirik ki, uzun saça atquyruğu modeli çox yaraşır, amma saçı möhkəm-möhkəm yığmaq saça zərər verə bilir. Ona görə də davamlı olaraq bu modeli etməkdən çəkinməlisiniz. Bundan əlavə saçınız nəm haldadırsa əsla atquyruğu modelindən istifadə etməməlisiniz. 

Uzun saçlara necə qulluq etmək lazımdır?

Saçınızın cinsini yaxşı bilməlisiniz. Fərqli saç cinsləri, fərqli qayğı tələb edir. Buna görə saçınıza uyğun məhsul seçməlisiniz. Məsələn: əgər saçınız yağlıdırsa, yağlılığı aradan qaldıran şanpun seçməlisiniz.

Mümkün olduğunca saçlarınızın özbaşına qurumasını təmin edin. Saçlarınızı çox əldən salmadan yüngülcə dəsmalla qurudun. Əgər təcili küçəyə çıxmanız lazımdırsa, saç qurudanın soyuq havasıyla yüngülcə qurudun.

Saçlarınızı zədələməmək üçün taxta ya da təbii tüklərdən düzəldilmiş daraq seçməlisiniz. Geniş dişli daraqlar saçlarınız üçün daha sağlamı olacaq. Bundan əlavə çalışın ki, saçınızı ən azından gündə 2 ya da 3 dəfə darayasınız.

Uzun saçlara necə qulluq etmək lazımdır?

Saçlarınızı hər 6-8 həftədə bir uclarından kəsdirin. Saçın uzunluğu qısalacaq deyə kədərlənməyin, çünki belə etdikdə  saçlarınız daha tez və sağlam uzanacaq. 

İstifadə etdiyiniz aksesuarların da təsiri əhəmiyyətlidir. Saçınız üçün  metal aksesuarlar seçməyin. Saç rezinin və ya digər aksesuarların saçlarınıza ilişib zərər verməməsinə diqqət yetirin.

Əgər saçınız tez yağlanırsa həftədə 2 dəfə yuyun. Ancaq çalışın ki, yaş saçla çölə çıxmayasınız.

24 aprel 2013
GO BACK