Qadin.NET / Yay makiyajı necə edilməlidir

Yay makiyajı necə edilməlidir

Yay makiyajı necə edilməlidir

Yayın istisində çox makiyaj  etdikdə, üzümüz nəfəs ala bilmir. Tərlə qarışan makiyaj  axaraq üzdə pis görüntü yaradır. Buna görə də  yay makiyajı sadə olduğu zaman dəriniz  nəfəs  alacaq və gözəl görünəcəkdir. Üzünüzü hər gün davamlı olaraq nəmləndirin. Gənc  və parlaq görünməyinizdə nəmləndirici kremin rolu böyükdür. Yayda nəmləndirici krem seçdikdə, kremin günəşə qarşı qoruyucu təsiri olmasına fikir verin. Üzünüzün daha sağlam görünməsi üçün bu kremlər sizi günəşin zərərli  şüalarından qoruyacaqdır.

Yay makiyajı necə edilməlidir

Yay aylarıda nəmləndirilmiş üzdə tonlaşdırıcı krem əvəzinə, bronz rənli kirşandan istifadə edə bilərsiz. Tək kirşan vurduqda   dəriniz matlaşır və tərli  görünmür.

Yay makiyajı necə edilməlidir

Göz makiyajında isə (əgər göz altında qara kölgələr varsa) yalnız göz altlarına düzləşdirici qələm istifadə edə bilərsiniz. Gözlərinizi isə rəngli göz kölgələri əvəzinə, yalnız suya davamlı tuş və qələmlə vurğulaya  biləsiniz. 

Dodaq  makiyajınız üçün isə  yay ayları boyunca dodaq parıldadıcıları istifadə edə bilərsiz. Dodaq  parıldadıcıları həm dodağı dolğunlaşdırır, həm də nəmləndirir. Bələliklə, yay makiyajınız bitdi.

Yay makiyajı necə edilməlidir

Makiyaj deyincə dırnaq boyası və  parfümü də unutmaq olmaz. Bu il  klassik dırnaq boyaları əvəzinə daha fərqli  mavi  və yaşıl  tonlarda olan dırnaq boyaları dəbdədir. İndi  dırnaq boyasının geyimlə və ya dodaq boyası ilə uyğunluğuna fikir vermirlər. Parfümə gəldikdə isə yüngül çiçək qoxulu ətirlərdən istifadə edə bilərsiz.

Yay makiyajı necə edilməlidir

Saçlarınızı isə yüksəkdən topuz yığa bilərsiz. Belə görünüş sizə yay fəslində həm rahatlıq bəxş edəcək, həm də dəbli görünəcəksiz . Topuzları öz zövqünüzə görə müxtəlif formalarda edə bilərsiz. Bu il daha çox dağınıq  və hörgülü topuzlar dəbdədir.

Yay makiyajı necə edilməlidir

Yay  aylarında həm üzünüz belə makiyajla yüngülləşmiş olur, həm də makiyaj çantasının ağırlığından uzaq olmuş olursunuz. Belə yay makiyajı sizi gözəl, həm də sadə və zərif göstərər.

6 iyul 2013
GO BACK