1. Gecə yuxusu
Sağlam dərinin ilk addımı sağlam və tam bir gecə yuxusudur. 7-9 saat arası yuxu, tam yuxu sayılır.
2. Üzünüzü yatmadan əvvəl mütləq yuyun
Dərinin özünü bərpa edə bilməsi üçün yuxunun ən təsirli yol olduğunu bilirik. Çirkli dəri ilə yatmaq zamanla görüntüsünün pozulmasına səbəb olacaqdır. Üzünüzü hər gecə təmizləmək səhər təmizləməkdən daha çox vacibdir. Bunun üçün bahalı məhsullardan və sərt pilinqdən istifadə etməyə ehtiyac yoxdur. Sabun və ya dəri təmizləyici kifayət edəcəkdir.
3. Yatmazdan əvvəl nəmləndirici çəkin
Yuduğunuz dərinin qurumasının qarşısını almaq üçün mütləq nəmləndirici istifadə edin. Quruluğun dərinin ən böyük düşməni olduğunu unutmayın. Siz yatarkən nəmləndirici dərini yeniləməyə kömək edəcək.
4. Yatağınızın yanına 1 stəkan su qoyun
Dəri nəmə ehtiyacını təkcə kremlərdən deyil, sudan alır. Gün ərzində bol su içməyə və yatmadan əvvəl yatağınızın yaxınlığı 1 stəkan su qoymağı unutmayın. Yatmadan əvvəl 1 stəkan su için.