Qadin.NET / Gənc qalmağın sirləri

Gənc qalmağın sirləri

 Yuxunuzun qədrini bilin..

 Bədənimiz özündə günün ilk saatlarından gecə yarısına qədər norepinefrin adlı toksin cəmləyir. Ona görə də saat 23.30u göstərəndə yatmaq məsləhət görülür. Çünki, o andan etibarən gün boyu yığılan norepinefrin yavaş yavaş təmizlənməyə başlayır. 00.00 – 02.00 arası hormonlar yüksəlir və təmizlik başlayır.Yuxunun ilk dörd saatında edilən bu yenilənmə əsasında İGF 1(insulinə bənzəyən gənclik faktoru) və melatonin ifraz olunur. İnsulinə bənzədiyi üçün, metabolizmin sürətlənməsinə təsir edən İGF 1, gənclik faktoru özəlliyi sayəsində insanı yaşıdlarından daha gənc qalmasına bir növ səsəb olur.

 

Gənc qalmağın sirləri


 

 

 Həyat mənbəyi: Su

 Başınız ağrıyır, dəriniz quruyur və qəbzlik kimi probleminiz varsa, bu o deməkdir ki, bədəninizdə su çatışmır. Belə hallarda yalnız suyla yox, bitki çayları ilə də su ehtiyacınızı ödəyə bilərsiniz.

 

Gənc qalmağın sirləri


 

Siqaret və alkoqoldan uzaq olun..

 Dünyada  serotonin, melatonin və endorfin yaradan üç şey var: Cinsi fəallıq, yemək, idman etmək. Əgər yemək yemək istəyirsinizsə, saata baxın. Bundan qabaqkı yeməyinizdən iki saat keçməyibsə, 10 dəqiqə gəzişin. 

 

Gənc qalmağın sirləri


 

 

 İdmansız həyat düşünməyin!

 Hər kəs təxminən bir saat açıq havada gəzməlidir.  Mümkündürsə, hər gün üç kilometr qaçmaq sizə yaxşı təsir edər. İdman sayəsində vücud oksigenlə təmin olunur.

 

Gənc qalmağın sirləri


 

 Günəş şüalarından düzgün istifadə edin..

 Günəşin ziyanlı təsirindən qorunmaq üçün mütləq günəş qoruyucusundan istifadə edin və dörd saatdan bir bunu yeniləyin. Vücudunuzun günəşin müsbət təsirini alması, D vitamini ilə sümüklərinizin güclənməsi üçün, xüsusilə, səhər günəşini qəbul eləməyə çalışın. 

 

Gənc qalmağın sirləri

 

 

20 sentyabr 2011
GO BACK