Qadin.NET / Sinədəki qırışların qarşısını necə almalı?

Sinədəki qırışların qarşısını necə almalı?

 

Kürəyi üstə yatın

Yanı üstündə yatanda qarın qatlanı və qırışların yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün kürəyi üstə  yatın və bunu vərdişə çevirin. Eyni pozada qalmağınıza ehtiyac qalmaması üçün dizinizin altına bir yastıq qoyaraq və ya bədənizin hər iki tərəfinə 2 yastıq qoyaraq kürəyi üstə uzanın. Bu sinənin sallanmasının qarşısını alacaq.

 

Sinədəki qırışların qarşısını necə almalı?

 

 

Ev üsulu aloe vera maskasını yoxlayın

Aleo vera maskasını sinə bölgəsinə yerləşdirin, qırışların azalmasına kömək edəcək. Aloe vera geli sinə bölgəsinə çəkib, 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə durulayın. Aloe vera dərinin nəmini qoruyur, dərinin çatlamasına mane olur. Bu üsul qırışların qarşısını alar və dərinin parıldamasına kömək edər.

 

Sinədəki qırışların qarşısını necə almalı?

 

 

Duşda isti suyun sinənizə tökülməsinə mane olun

İsti su dərinin qurumasına səbəb olur və qırışların yaranmasına səbəb olar. Duş alarkən suyun əvvəl başınıza, çiyinlərinizə və kürəyinizə tökülməsinə diqqət edin.

 

Sinədəki qırışların qarşısını necə almalı?

 

 

Sinənizi masaj edin

Sinə masajı bölgədəki qan axışını artırır, dərinizi oksigenlə doldurur və yaşlanma müddətini gecikdirir. Barmaqlarınıza biraz nəmləndirici çəkərək, sinənizdə dairəvi hərəkətlər edin. Masaj edərkən, yumşaq masaj edin.

 

Sinədəki qırışların qarşısını necə almalı?

 

27 mart 2019
GO BACK