Qadin.NET / Bədən quruluşumuza diqqət edək

Bədən quruluşumuza diqqət edək

 

Bədən quruluşumuza diqqət edək

 

Gözəl qadını necə təsvir edərsiniz?

 

 Özünə güvənən, komplekssiz, həmcinslərini qısqanmayan, çalışan, yaradan,  müvəffəqiyyətli, özünə baxan, hər kəslə bir şeylər danışa bilən qadın, mənim üçün çox gözəldir.

 

 Qadınlara gözəllik tövsiyələri verməyi sevirsiniz, onlar da sizi izləməyi sevir. 2011 gözəllik trendləri üçün hansı tövsiyyələri verə bilərsiniz?

 

Ümumi mənada gözəllik üzərinə incə nöqtələriniz varmı?

 

 Hər vaxt makiyajınızı təmizləyin, dərinizi yaxşı nəmləndirin. Maskalar möcüzə yaradır. Şkafınızda təmizləyən,nəm verən və lifting xüsusiyyəti olan maskalar saxlayın. Həftədə bir peeling edin. Unutmayın, doğru makiyaj qat qat sürtmək deyil. Təbii görünən makiyajı seçin. Üzmə, velosiped, gediş kimi idmanları nizamlı edən qadınlar, bütün bədənini işlətmiş olar. Məsələn rəqs edərkən bədəndəki xoşbəxtlik hormonu yüksəldiyi üçün kalorini asanlıqla yandırmaq olur. İdmanı yalnız yaxşı görünmək üçün edilməsi lazım olan bir şey olaraq görmək olmaz. Sağlam və xoşbəxt bir həyat üçün idman qətiliklə şərtdir.

 

 Məşhur manekenlər 7 addım nəticəsində gözəl bədənə sahib olurlar.

 

 1- Günə nahar edərək başlayın.Naharı etmədən kilo atacağına inananlar, çox yanılır.

 

 2- Metobolizmanın hər vaxt çalışması və qan şəkərinin müəyyən bir seyrdə olması üçün tez-tez amma az qidalanın.

 

 3- Qışı, idman etməyərək keçirdinizsə bəhanələriniz sona çatdı. Bu gündən etibarən idman etməyə başlayın.

 

 4- İdman sonrası istifadə edilən nazildici, möhkəmləşdirici və selülit aradan qaldırıcı kremləri istifadə edə bilərsiniz.

 

 5- İdmana vaxt yoxdursa hər axşam yeməkdən sonra 30-45 dəqiqə gəzinti edin. Müddəti gün keçdikcə artırın.

 

 6- Axşamları evdə 10-15 dəqiqə musiqi sədaları altında rəqs edin. Bir ay sonra belinizdəki dəyişməyə inana bilməyəcəksiniz.

 

 7- Duşa girmədən əvvəl sərt tük fırçası ilə bədəninizi ayaqlardan başlayaraq yuxarıya doğru dairəvi hərəkətlərlə fırçalayın. Fırça quru olsun. Nizamlı etsəniz bu texnika ilə qan dövranını sürətləndirərək bədəninizin daha işıltılı olmasını təmin edə bilərsiniz. Duşdan sonra bədəninizi nəmləndirməyi unutmayın.

25 avqust 2011
GO BACK