Qadin.NET / Xanımlar, botoksunuzu özünüz edin

Xanımlar, botoksunuzu özünüz edin


Xanımlar, ingilis gözəllik mütəxəssisi Carole Maggio sağlam gözəllik üçün həm ağrı verməyən, həm də pulunuzun cibinizdə qalmasını təmin edən "ev botoksu"nu təklif edir. Lazım olan tək şey gündə 2 dəfə "Facercise" adı verilən məşq proqramına vaxt ayırmaqdır. Maggioya görə, 6 gün sonra qarşılaşacağınız cədvəl çox fərqli olacaq. Məşqlər belədir: 

Xanımlar, botoksunuzu özünüz edin

Barmaqlarınızı dümdüz şəkildə bir-birinə keçirin və alınınıza yerləşdirin. İşarə barmaqlarınızı iki qaşınızın ortasına gələcək şəkildə aşağıya endirin və baş barmaqlarınızı iki gözünüzün yanına yerləşdirin. Gözləriniz bağlı haldaykən işarə və baş barmaqlarınızı geriyə doğru çəkərək üzünüzü sıxışdırın. Qırx saniyə bu şəkildə tutun. 

Xanımlar, botoksunuzu özünüz edin

Barmaq uclarınızı alınınızın iki yanına yerləşdirin. Barmaqlarınızı aşağıya doğru itələyərkən qaşlarınızı yuxarı doğru qaldırın və tərs istiqamətdə bir gərginlik yaradın. Otuz saniyə bu şəkildə tutun və üç dəfə təkrar edin.

Xanımlar, botoksunuzu özünüz edin

İşarə barmaqlarınızı gözlərinizin altına yerləşdirdikdən sonra gözlərinizi qısaraq yuxarıya baxın. Üzünüzü irəli, çiyinlərinizi geriyə doğru çəkin. Qırx saniyə belə qalın və üç dəfə təkrarlayın.

Xanımlar, botoksunuzu özünüz edin


Barmaqlarınızı burnunuzun iki yanına yerləşdirin və dodaqlarınız dişlərinizi bağlayacaq şəkildə ağızınızı "O" hərfi şəklində açaraq gülümsəməyə çalışın. İyirmi dəfə təkrarlayın.

Xanımlar, botoksunuzu özünüz edin

Bir əlinizin işarə barmağıyla burnunuzun iki yanını tutun. Digər əlinizin işarə barmağıyla burnunuzun ucuna toxunun. Bir əlinizlə burnunuzu aşağıya, digəriylə yuxarı doğru itələnin. Qırx dəfə təkrarlayın.

Xanımlar, botoksunuzu özünüz edin

İşarə barmaqlarınızı alt dodağınızın iki yanına yerləşdirin. Barmaqlarınızı yuxarı doğru itələyərkən ağızınızla aşağıya təzyiq tətbiq edin. Qırx saniyə bu şəkildə qalın.

 

Xanımlar, botoksunuzu özünüz edin

Ağızınızı açın və dodaqlarınızı dişlərinizi örtəcək şəkildə içəri sıxın. Ağızınızda dar bir boşluq meydana gəlsin, ağızınızı yavaşca açın və bağlayın. Beş dəfə təkrarlayın.

 

Xanımlar, botoksunuzu özünüz edin


Dodaqlarınızı önə doğru çıxararaq "O" deyin. İşarə barmaqlarınızı dodağınızın iki yanına yerləşdirin və barmaqlarınızı yavaşca burnunuza doğru itələyin və çəkin. Otuz saniyə bu şəkildə tutun.

Xanımlar, botoksunuzu özünüz edin 

Bir əlinizlə boynunuzu ön tərəfdən tutun. Başınızı sağ və sol çiyininizi görəcək şəkildə yana çevirin. Ağızınızı bağlı saxlamağı və dilinizlə dişlərinizə təzyiq etməyi  unutmayın. Otuz dəfə təkrarlayın.

27 iyul 2011
GO BACK