Qadin.NET / Çay gözəlləşdirir

Çay gözəlləşdirir

 

Çay gözəlləşdirir



 

Soyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər.

Çində çay 4 il əvvəl də dərman kimi istifadə edilirdi. Günümüzdə də mütəxəssislər yaşıl çayın bədənimizdəki yararlı  təsirlərə malik olduğunu deyirlər. 

Çayda olan vitaminlər və yod insana uzun müddətli yaşama özəlliyi qazandırır. Çaydakı tein qan damarlarını genişləndirib, dövranı möhkəmləndirir, orqanizmin enerjisini qoruyur. Hətta çay ürək və mədəni gücləndirir, kollestrol  səviyyəsinin yüksəlməsinin qarşısını alır.

 

Çay gözəlləşdirir

 

 

Bəs gözəllik üçün çaydan necə istifadə etmək lazımdır? Bunun üçün aşağıdakıları diqqətlə oxumağınız daha msələhətlidir.

Çayla yuyunmaq və kompres qoymaq

Tonik təsir: 1 xörək qaşığı çaya 50 qr qaynar su əlavə edib, dəmləyin. Soyudun. Pambıqla üzünüzə və boynunuza çəkin.

Yumuşaldıcı təsir: çaya mineral su əlavə edib, dəmləyin. Soyudub lasyon kimi səhər-axşam istifadə edin.

 

Çay gözəlləşdirir

 

 

Gözəl bir dəri rəngi üçün: yaşıl çayı dəmləyib, soyudun, sonra isə həmin çayla üzünüzü yuyun.

Göz altı sallanmalar və qaraltılara qarşı: istifadə olunmuş çay paketlərini soyuducuda bir neçə dəqiqə saxlayıb, gözün altına qoyun.

Yorğun gözlər üçün: yaşıl çayı dəmləyib, soyudun. Pambığı isladıb, göz qapaqlarınızın üzərində 15-20 dəqiqə saxlayın.

Qırışlara qarşı: Üzünüzə isti çayla kompreslər qoyun. Üstünü dəsmal ilə örtüb, 15-20 dəqiqə gözləyin.

 

Çay gözəlləşdirir

 

 

Saçlar üçün: Saçlarınızı həddən artıq yağdan təmizləmək üçün əvvəlcə yuyun. Sonra saçlarınızı yaxşıca dəmlənmiş ilıq çayla durulayın.

Güclü saç tökülməsimə qarşı: Bir həftə müddətində hər gün saç dərisini dəmlənmiş çayla yaxşıca silin.

Kəpəyə qarşı: Saçlarınıza maska edin. Bərabər ölçüdə hind yağı, çay və suyu qarışdırın. 2-3 saat ərzində saçınızda saxlayıb, yuyun. Bunu  həftədə 2 dəfə təkrarlayın.

26 noyabr 2016
GO BACK