Qadin.NET / Sağlam dəri üçün...

Sağlam dəri üçün...

Sağlam dəri üçün...

Bu asan 5 tövsiyyə ilə özünüzü dəri xəstəliklərindən və qocalmadan qoruyun.

Özünüzü günəşdən qoruyun. İllər boyunca dərinizi günəşə məruz qoymaq ilə, bu dəridə qırışlar, yaş ləkələri və dəri xərçəngi daxil olmaqla, digər dəri xəstəliklərinə səbəb olur.

Günəşdən qorunmaq üçün:

Günəşdən müdafiə kremi istifadə edin, xüsusən də, çimərkən hər iki saatdan bir kremi təzələyin.

Səhər günorta 10-4 saatları arasında, günəş süalarının (məsələn, zərərli ultrabənövşəyi şüalar) çox güclü olduğu zaman, kölgəyə sığının.

Bədəninizin dərisini uzun-qollu köynək və şalvar geyinməklə qoruyun. 

Sağlam dəri üçün...

Siqaret, qəlyan çəkməyin

AÇəkmək sizin dərinizi qoca göstərir və qırışlar əmələ gətirir. Çəkmək dəriyə yaxın olan qan damarlarını büzür, və nəticədə, dəriyə gedən qanın miqdarı azaldığı üçün, dəri hüceyrələri oksiqen qazına və qida maddələrinə ehtiyacını qarşılaya bilmir. Çəkmək həm də dəriyə güc və elastikliyi verən kollaqen və elastin liflərini zədələyir. Həm də, siqaret çəkərkən təkrar elədiyiniz üz ifadələri də qırışların əmələ gəlməsini sürətləndirir.

Dərinizə mülayim və zərif davranın

Duş aldığınız zamanı qısaldın. Uzun çimmək və isti sudan istifadə etmək dərinizdən yağları yuyur. Dəri yağları olmadıqca, dəri tez qocalır. 

Sağlam dəri üçün...

Güclü sabunlardan istifadə etməyin, yenə də, bu sabunlar dərinizdən yagları yuyub aparır.

Üzünüzü diqqətlə qırxın. Qırxmadan əvvəl losyonla üzünüzü əl gəzdirin, sonra da, tüklərin çıxdığı istiqamətdə üzünüzü qırxın.

Üzünüzü yuyandan sonra, nəm dəsmalla üzünüzə əl gəzdirin, bu nəmlik üzünüzdə daha da çox qalsın deyə.

Üzünüz tez-tez quruyursa, gündəlik üz nəmləndiricisi istifadə edin.

Sağlam qidalanın.

Çoxlu meyvə, tərəvəz, yavan zülal yeyin. Bəzi araşdırmalar göstərir ki, tərkibində çoxlu vitamin C-li və az zərərli yağ olan diyetalar dərini gəncləşdirir.

Stresi sağlam şəkildə idarə etməyi öyrənin.

İdarə edilə bilməyən emosional stres dəri xəstəliklərinə səbəb ola bilər. Rahat olun, sizə stres verən amilləri yaxşı bilin və o amillərdən uzaq durun, emosiolarınızı idarə etməyi yavaş-yavaş öyrənin.

Camal Əliyev

20 fevral 2016
GO BACK