Dəri gözəlliyinin yediklərimizlə yaxından bir əlaqəsi olduğunu bilirdinizmi? Antioksidant, vitamin və omeqa-3 ilə zəngin olan bəzi yeməklər qüsursuz bir dəri üçün olduqca əhəmiyyətlidir.
Qırmızı bibər
Bir ədəd qırmızı bibər gündəlik C vitamini ehtiyacının çoxunu təmin edər. Onun tərkibində B6 vitamini var. O, bol miqdarda lif qaynağıdır. Qırmızı bibər qan dövranını sürətləndirərək daha gənc görünməyinizə köməkçi olar. Onun tərkibindəki karotenoid sızanaqların meydana gəlməsinin də qarşısını alar.
Qara şokolad
Sağlam dəri üçün lazımlı olan antioksidant, yağ turşuları və flanovoidi cəmləyən qara şokolad ləzzətli gənclik qaynağıdır! Antioksidant anbarı olan qara şokolad dərini günəşin yaratdığı zərərlərdən qoruyur. Tərkibindəki kakao arteriyaları rahatlaşdırar və qan dövranını sürətləndirərək dəriyə təzəlik qatar.
Qara şokolad alarkən ən azı 80% kakaolusunu seçməyi unutmayın. Bundan əlavə, süd və yüksək nisbətdə şəkər tərkibli şokoladlardan uzaq durun.
Somon balığı
Somon balığı stress, gərginlik və depressiya ilə mübarizə aparan qidalardan biridir. Tərkibindəki D vitamini ilə sümükləri, ürəyi və beyni qoruyan somon ürək xəstəlikləri, depressiya və bağırsaq xərçəngi kimi əhəmiyyətli xəstəlikləri da önləyər.
Tərkibində omeqa-3 yağ turşusu olan somon qırış, sızanaq və infeksiyaların yaranmasını önləyər. Omeqa-3 dərini nəmləndirməyə kömək edir. Mütəxəssislər somon istehlakının saç sağlamlığı üçün də əhəmiyyətli olduğunu söyləyir.
Kokos yağı
Kokos yağı antibakterial xüsusiyyətə malikdir və sızanaqların yaranmasını önləyər. Tərkibində yağ turşuları və E vitamini olan bu möcüzəvi yağ dərini yumşaldır və qırışların meydana gəlməsinə də mane olur.
Yaşıl çay
Yüksək antioksidant qaynağı olan yaşıl çayın tərkibindəki amin turşuları bədəni stresdən uzaqlaşdırır. Bu çay dərini cavanlaşdırmağa köməkçi olar. Yaşıl çayın tərkibindəki kate adlı maddənin xərçəng və infeksiya önləyici xüsusiyyəti olduğu da bilinir.
İspanaq
Dəmir, maqnezium, fol turşusu, xlorofil, E, A və C vitamini ilə zəngin olan ispanaq sağlamlıq üçün çox faydalıdır. Bu yaşıl yarpaqlı tərəvəzdən dəri gözəlliyi üçün mütləq istifadə edilməlidir. Yüksək nisbətdə antioksidant qaynağı olan ispanaq hər cür dəri problemini həll etməyə qadirdir.
Kərəviz
Olduqca aşağı kalorili tərəvəz olan kərəviz dəri sağlamlığı üçün çox əhəmiyyətlidir. Tərkibində K vitamini olan kərəviz qan dövranını nizamlayar və yüksək təzyiq xəstəliyinin qarşısını alar. Stresi önləyən bu tərəvəz dərinin daha sağlam görünməsinə köməkçi olar.
Təbii natrium, kalium və su tərkibli kərəviz dərini nəmləndirər. Dərinin nəmli olması isə qırışların olmaması və dəri soyulmasının qarşısının alınması deməkdir.
Kök
Kök təkcə gözlər üçün deyil, dəri sağlamlığı üçün də olduqca faydalı bir tərəvəzdir. O, dəridəki sızanaq və ləkələri təmizləməyə kömək edir. A vitamini ilə zəngin olan kök dəri xərçənginə də kömək olar.
Toxum və tumlar
Çətənə toxumu, günəbaxan tumu, balqabaq tumu, kətan toxumu dəri üçün çox faydalıdır. Balqabaq toxumu və günəbaxan tumu içindəki selenium, E vitamini, maqnziyum və zülal ilə stressin qarşısını alar. Omeqa-3 yağ turşusu ilə zəngin olan kətan toxumu isə sızanaq və qırışların meydana gəlməsini önləyər.