Yuxusuz gecələr sizdən əl çəkmir? Dincəlməyə fürsət olmur? Həmişə yorğun görünməkdən bezmisiniz? Səhərləri şirin-şirin baxan gözlərlə oyanmaqdan ötrü darıxırsınızsa, sizə bir neçə məsləhətimiz var.
Stresli iş, ailə öhdəlikləri, ev işləri, səyahətlər və sizə qalan sadəcə yorğunluq...
Amma bunu həll edə bilərsiniz! Əvvəlki kimi yenə enerjili və parlaq baxışlara sahib ola bilərsiniz. Əvvəlcə yuxu saatlarınızı normaya salacaqsınız, sonrası bizdən!
Yatmazdan əvvəl:
Göz makiyajını təmizləyin
Nə qədər yorğun olursunuzsa-olun, göz makiyajınızı təmizləməmiş yatmayın. 10 saat da yatsanız, gözünüzdə nəsə qaldısa, onu mütləq təmizləyin. Çünki makiyaj gecə siz yatarkən axar, bulaşar və incə cizgilərə, qıvrımlara yerləşər. Gözləri qızardar və cizgiləri daha çox bildirməyə başlayar.
Antihistamin dərmanlar qəbul edin
Səhər vacib iclasınız varsa, şişkinlikləri və tünd halqaların qarşısını almaq üçün gecə yatmazdan əvvəl antihistamin dərman qəbul edin. Allergiyanız olmasa belə tozcuqlar, çirkli hava kimi səbəblərdən də gözlər şişər və qızarar.
Yüksək nəm gözlərin dostudur
Nəm və təbii asitlər parlaq gözlərin ən yaxşı dostlarıdır. Göz ətrafına qulluq kremindən daim istifadə edin. İçində meyvə asitləri və yüksək nəm olan serumlardan istifadə edin. Səhərlər enerjili baxışlara sahib olaraq oyanarsınız.
Səhər
Oyanmaq üçün soyuq qaşıqdan istifadə edin. Bir qaşığı gecədən soyuducuya qoyun. Səhər duranda qaşığın tərsiylə göz çevrənizə astaca toxunaraq masaj edin. Soyuq metal damarları daraldar və şişkinlikləri aradan qaldırar.
Bütün edəcəklərimiz bu qədər. İndi isə iş başına!